Azərbaycan XİN Paşinyana CAVAB VERDİ

Azərbaycan XİN Paşinyana CAVAB VERDİErmənistanın baş naziri Nikol Paşinyan tərəfindən hökumətin 6 iyul tarixli iclasında Azərbaycan əleyhinə beynəlxalq ictimaiyyət arasında yanlış təəssürat yaratmaq məqsədi daşıyan fikirləri tamamilə əsassızdır.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda deyilir.
Bildirilir ki, Ermənistan tərəfinin beynəlxalq hüququn norma və prinsiplərinə və Üçtərəfli bəyanat çərçivəsində öhdəliklərinə uyğun olaraq erməni qüvvələrini Azərbaycan ərazilərindən çıxarmaq əvəzinə, ərazimizdə mövcud olan silahlı qüvvələrin Ermənistana məxsus olmadığına dair işğal dövründə səsləndirilən iddiaların təkrarlanması bu ölkənin yanlış siyasətdən əl çəkmədiyini göstərir.
Ermənistan Respublikasının Müdafiə Nazirliyinin komandanlığı altında fəaliyyət göstərən və Ermənistan məhkəmələri tərəfindən məhkum olunan silahlı qüvvələrin Ermənistana məxsus olmadığını iddia etmək heç bir məntiqə sığmır.
Azərbaycanın ərazilərini işğal altında saxlamaqla və qonşu ölkələrə qarşı ərazi iddiaları irəli sürməklə özünü blokadada saxlayan Ermənistanın Azərbaycanın kommunikasiyaların açılmasında maraqlı olmadığını iddia etməsi və Üçtərəfli bəyanata zidd olaraq Ermənistanın Naxçıvana maneəsiz keçidi təmin etməkdən imtina etməsi Ermənistanın öhdəliklərini heçə saydığını nümayiş etdirir.
Azərbaycana qarşı mina təhdidini təkzib edən Baş nazirə xatırlatmaq istərdik ki, məhz Ermənistan tərəfindən basdırılmış minalar 2020-ci il 44 günlük müharibədən sonra 300 nəfərdən çox azərbaycanlının mina qurbanına çevrilməsinə səbəb olub. Bununla yanaşı, Ermənistan tərəfindən uzun müddət mövcudluğu təkzib edilən və beynəlxalq təzyiqlərdən sonra təqdim edilən xəritələrin əksəriyyətinin faydasız olduğu və insanların həlak olduğu partlayışların 55%-dən əksəriyyəti xəritələr təqdim edilməyən ərazilərdə baş verdiyi məlumdur.
Ermənistan tərəfi həqiqətən də sülhdə maraqlıdırsa, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə yalnız sözdə deyil, əməldə də riayət etməli, bölgədə sülh və təhlükəsizliyə təhdid olan erməni silahlı qüvvələrini Azərbaycan ərazisindən dərhal çıxarmalıdır.

Siyasi     Baxılıb: 154   Tarix: 06 iyul 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu gün sülh müqaviləsinə imza ata bilərik, heç bir şərtimiz yoxdur - Qriqoryandan İLGİNC TƏFƏRRÜAT

Ermənistan hazırda Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır. İrəvanın heç bir məhdudiyyəti və ya əlavə şərtləri yoxdur. xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan Rusiya mətbuatına açıqlamasınd

İrandan daha bir ULTİMATUM - "İsrail hücumları davam etdikcə..."

İsrail hücumları davam etdikcə heç bir tərəflə danışıqlar aparılmayacaq. KONKRET.azxəbər verir ki, İslam Respublikasının xarici işlər naziri Abbas Araqçi bəyan edib ki, İsrailin hücumları davam etdiyi müddətdə İran "he

Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın gücləndirilməsini müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasında iştirakı çərçivəsində Banqladeşin Xarici Əlaqələr üzrə müşaviri Md Touhid Hossain ilə görüşüb

İlham Əliyevin müraciəti BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin 2025-ci ilin 26-27 may tarixlərində Bakı şəhərində keçirilən "İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması" mövzusunda beynəlxalq elm

İndoneziya XİN başçısı: İrandan Azərbaycana 90-dan çox vətəndaşımız təxliyə edilib

İndoneziya İrandan Astara sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycana 90-dan çox vətəndaşını təxliyə edib. Bu barədə İndoneziyanın xarici işlər naziri Sugiono bildirib. /

İtaliya XİN: 60-a yaxın vətəndaşımız İrandan Azərbaycana təxliyə edilib

Bu günədək təxminən 60 İtaliya vətəndaşı İrandan "Astara" sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycana təxliyə edilib. "24 nəfərdən ibarət ikinci qrup İtaliyanın Tehrandakı səfirliyinin köməyi ilə səhər saatlarınd

Ərdoğan: Türkiyə bu gün də sülh və diplomatiya fikrini müdafiə edir

Türkiyə insanlıq adına xaos, savaş, zülm, eləcə də mülki vətəndaşların ölümünü görmək istəmir və onların olduğu ərazilərin hədəf alınmaması fikrini müdafiə edir. Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuld

Qazaxıstan XİN: 22 qazaxıstanlı İrandan Azərbaycan vasitəsilə təxliyə edilib

İran-İsrail münaqişəsinin gərginləşməsindən bəri İrandan 187 Qazaxıstan vətəndaşı təxliyə edilib, onlardan 22 nəfəri ölkəni Azərbaycan vasitəsilə tərk edib. "Qazaxıstan öz vətəndaşlarını İsrail və İrandan təxliyə etməy

Ərdoğandan yeni təklif: ABŞ və İran liderləri arasında görüş üçün vasitəçilik 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran XİN rəhbəri Abbas Araqçinin səfəri zamanı İranın nüvə mübahisəsinin danışıqlar yolu ilə həllində vasitəçilik etməyə hazır olduğunu vurğulayıb. KONKRET.azxəbər verir ki, o əlav


azerbaycan xeberleri son xeberler yeni xeberler havanın temperaturu sonxabar az azerbaycanda son xeberler cəbhədən görüntülər