Azərbaycan yığması Belarusa QALİB GƏLDİ

Azərbaycan yığması Belarusa QALİB GƏLDİAzərbaycan millisi bu gün növbəti oyununu keçirib.
KONKRET.az-ın məlumatına görə, yığmamız Millətlər Liqasında II dövrəyə start verib.
İlk üç oyunda nəinki qələbəyə, hətta qola da həsrət qalan Canni de Byazinin yetirmələri Belarusla qarşılaşıb. Qrup autsayderlərinin görüşü sonuncu pillənin taleyi baxımından böyük önəm kəsb edirdi.
Keçirdiyi bütün matçlarda oyun keyfiyyəti baxımından rəqibindən geri qalmasa da, istəyinə çata bilməyən millimiz "Dalğa Arena"dakı qarşılaşmada azarkeşlərini sevindirməyi bacarıb. İlk yarıda rəqibin müqavimətini qıra bilməyən komandamız yalnız son dəqiqələrdə Mahir Emreli və Ramil Şeydayevin topları sayəsində qrupda ilk qələbəsini qazanıb və turnir cədvəlində 3-cü pilləyə yüksəlib. Bu, həm də yığmamızın turnirdə ilk qolları olub.
Qeyd edək ki, qrupun digər görüşündə Qazaxıstan Slovakiyanı 2:1 hesabı ilə məğlub edərək, liderliyini möhkəmlədib.
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə

İdman       Tarix: 14 iyun 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Qazancına görə bütün futbolçuları geridə qoydu

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo 2 milyard dollardan çox qazanan ilk aktiv idmançıdır. xəbər verir ki, hesablamaya vergilər və agent haqları xaric olmaqla maaşlar, bonuslar, reklamlar və biznes gəlirləri daxildir

"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Qəbələ" öz meydanında "Sabah"ı qəbul edəcək. Bölgə təmsilçisi hazırda 4 xalla 10-cu

Avropa Liqası: Bu gün 15 oyun var

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində növbəti oyunlar baş tutacaq. xəbər verir ki, turun bütün qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlayacaq. UEFA Avropa Liqası

UEFA-dan Fəridə Lütfəliyevaya təyinat

Azərbaycanın qadın FİFA referisi Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb. xəbər verir ki, Gürcüstanda keçiriləcək qadınlar arasında U-17 Avropa çempionatının seçmə mərhələsinin B4 qrupunda iki oyunun baş hakimi olacaq

Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta 

"Bayern Münhen"in təcrübəli qapıçısı Manuel Noyer inanılmaz səhvə imza atıb. xəbər verir ki, almaniyalı qolkiperin xətası nəticəsində Münhen təmsilçisi qarşılaşmanın 8-ci saniyəsində hesabda geri düşüb. Meydan sahiblər

Konfrans Liqası: bu gün 18 oyun var

UEFA Konfrans Liqasında Liqa mərhələsinin II turunun oyunlarına bu gün start veriləcək. xəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu evdə Şotlandiyanın "Harts" komandası ilə üz-üzə gələcək. UEFA Konfran

İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada

FIFA prezidenti Canni İnfantino, U-15 dünya çempionatı və turnirinin Təşkilat Komitəsinin sədri Samir Şərifov və AFFA prezidenti Rövşən Nəcəf mundialın ilk oyun günü çərçivəsində Hövsan Yarış Kompleksini ziyarət ediblər

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. KONKRET.azxəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqre

"Sabah" UEFA Çempionlar Liqasında tarixə düşdü

"Sabah" UEFA Çempionlar Liqasında qeydə aldığı göstərici ilə fərqlənib. xəbər verir ki, "OptaJoe"nun paylaşdığı statistikaya əsasən, Bakı klubu turnirin tarixində ardıcıl üç oyunun ilk dəqiqələrindən etibarə


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxeber butun xeberler son xeberler bugun 2026 canli beynelxalq bank mezenne