"Azərbaycan Zəngəzura hücum etsə, İran hərbi müdaxilə edəcək" - Tarverdyan

"Azərbaycan Zəngəzura girəcəyi təqdirdə İran hərbi müdaxilə edəcək".
KONKRET.az xəbər verir ki, bunu "Vahid Ermənistan" partiyasının rəhbəri Yervand Tarverdyan erməni mediasına müsahibəsində deyib.
Onun sözlərinə görə, "Azərbaycan öz hərəkətləri ilə yeni müharibəni qızışdırmağa çalışır".
"Biz ermənilər yeni müharibəyə hazır olmalıyıq. Bu gün Qarabağın Ermənistanla əlaqəsinin kəsildiyini, "120 min" erməninin passiv müharibə ilə dünya ilə əlaqəsinin kəsdiyini görürük.
Başa düşməliyik ki, hər an müharibə ola bilər və bundan qorxmamalıyıq. Birləşmək lazımdır. Biz "vətən"imiz uğrunda döyüşməyə hazırıq. Azərbaycan yeni müharibəyə başlamağa çalışsa, bu dəfə uduzacaq. Mən hakimiyyətimizi müharibədən və danışıqlardan qorxmamağa çağırıram. Qorxu düzgün idarə etməyə imkan vermir.
Biz müharibədən qorxuruq, bilmirəm niyə. Müharibə labüddürsə, olacaq, Azərbaycan müharibə etmək qərarına gəlsə, bizim hərəkətimizdən heç nə asılı olmayacaq. Onu güclü dövlətlər dəstəkləyir.
Azərbaycan Ermənistanın, İrəvanın, Zəngəzurun da ona aid olduğunu deyir.
Azərbaycan Prezidenti bəyanatlar verir. Amma bu gün dünyada hər şey hər saniyə dəyişir, hər şey hər an dəyişə bilər", – Tarverdyan deyib.
O bildirib ki, Ermənistanın xarici siyasəti hazırda dalana dirənib.
"Bizim ABŞ-a dost olan əsas strateji müttəfiqimizlə problemlərimiz var, çünki qeyri-səlis xarici siyasət yürüdürük. Bütün məsələlərdə hamıya "hə" dedik, fərqinə varmadan bunda ziddiyyətlər ola bilər. Xarici siyasət vektorlarını qiymətləndirmək lazım idi. Hətta I Aram da dedi ki, bizim dost ölkəmiz yoxdur", – erməni siyasətçi deyib.
Tarverdyan hesab edir ki, Ermənistanın təhlükəsizliyi təkcə Rusiyadan asılı deyil.
"Yaxşı danışıqlar aparılarsa, həm Qərbdən, həm də ABŞ və ya Aİ-dən silah almaq olar.
Azərbaycan Ermənistana hücum etsə, beynəlxalq ictimaiyyətin kəskin mənfi reaksiyası ilə üzləşəcək. Dünyada Rusiyadan başqa digər supergüclər var. Xüsusən də ABŞ, Hindistan, İran hər hansı hərbi əməliyyata əl atsa, Azərbaycanı dayandırmağa hazırdır. Məsələn, sentyabr döyüşləri zamanı Rusiya və ABŞ-ın mütənasib təsiri nəticəsində Azərbaycanın hücumu dayandırıldı", – deyə o bildirib.
Tarverdyan inanır ki, Azərbaycanın Zəngəzura girsə, İran hərbi müdaxilə edəcək.
"Bizim siyasi qüvvəmiz dəfələrlə bəyan edib ki, Ermənistan hakimiyyəti həm İran, həm də Hindistanla danışıqlar aparmalıdır, hətta bu, məcburidir. Çünki Şimal-Cənub marşrutunun işə salınması təkcə Ermənistanın deyil, həm də İran və Hindistanın maraqlarından irəli gəlir. Bu həm də dünyanın əksər supergücləri, o cümlədən Aİ və ABŞ üçün faydalıdır.
Ermənistan hakimiyyəti daha peşəkar və balanslaşdırılmış xarici siyasət aparmalı və ən əsası hakimiyyətdə peşəkar kadrlar olmalıdır.
Hər şeydə kifayət qədər uğursuzluq var. Baş nazirin komandasının üzvləri peşəkar deyillər. O, başa düşməlidir ki, bu komanda ilə problemləri həll edə bilməz", – deyə – Tarverdyan deyib.
Xuraman Etibarlı,
KONKRET.az

Siyasi       Tarix: 13 yanvar 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Şimali Kipr Türk Respublikasından Azərbaycana təbrik

Şimali Kipr Türk Respublikası (ŞKTR) Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyi öz "X" hesabındakı paylaşımda bildirib

Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian

Biz İran xalqına xidmət etməyə borcluyuq. Ali dini rəhbərimiz (Müctəba Xamenei – red) ABŞ-la "nə müharibə, nə də sülh" vəziyyətinə son qoyulması ilə bağlı göstəriş verib. xəbər verir ki, bunu İran Prezidenti Məsu

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Şimali Kiprin tanınması üçün... - Ərdoğan

Türkiyə olaraq Şimali Kipr türk xalqını heç vaxt tək və ya köməksiz qoymayacağıq. Bütün dünya bunu bilməli və nəzərə almalıdır. KONKRET.azxəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasınd

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbərlər.com valyuta mezennesi valyuta məzənnələri cebheden xeber