Azərbaycana dəstəyə görə bizə təzyiq edildi - Nabiullin
Kazanda "Azadlıq" Tatar Gənclər İttifaqı Xocalı faciəsilə bağlı piket keçirib.
Publika.az xəbər verir ki, bunu ittifaqın lideri Nail Nabiullin deyib.
Onun sözlərinə görə "Azadlıq" Tatar Gənclər İttifaqı bu piketlə qardaş Azərbaycan xalqına Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım günündə öz dəstəyini ifadə edib.
Nabiullin qeyd bildirib ki, "Azadlıq" hər zaman bütün türk xalqlarına dəstək olub:
"2012-ci ildən etibarən hər il Xocalı soyqırımı günündə tədbir keçiririk. Lakin ötən il qardaş Azərbaycan xalqına sərgilədiyimiz sadə insan həmrəyliyinə görə təzyiqlərlə qarşılaşdıq. Xüsusən də "Türk baxışı" qəzetində işlətdiyim "Azərbaycan, bizim qəlbimiz səninlədir" ifadəsinə görə mənə sosial şəbəkələrdə və mediada sözün əsl mənasında təzyiqlər olundu. Lakin bütün təzyiqlərə baxmayaraq, biz öz mövqeyimizdən dönməyəcəyik".
İttifaqın fəalı Fanil Gilyazov da bildirib ki, aksiyanın məqsədi faciənin günahsız qurbanlarının xatirəsini yad etmək və bu hadisəyə ictimai diqqət cəlb etməkdir:
"Cəmiyyət bundan ibrət dərsi götürməlidir və belə bir faciə bir daha heç vaxt və heç yerdə təkrar olunmamalıdır. Biz tatarlar türk dünyasının bir hissəsi kimi qardaş Azərbaycan xalqının dərdindən kənarda qala bilmərik".
Kurslar.az kurslar [newsid: 0-123300]

Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər