Azərbaycana gələn Maldiv vətəndaşında heroin AŞKARLANDI
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik qaçaqmalçılığının qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən KONKRET.az-a verilən xəbərə görə, Bakı-Doha aviareysi ilə gedən sərnişinlərə məxsus baqajlara rentgen qurğusu vasitəsi ilə gömrük baxışı keçirilərkən, Maldiv Respublikası vətəndaşı Mohamed Naasıra məxsus çamadanın alt hissəsində şübhəli təsvirlər müşahidə olunub.
Daha sonra kinoloji xidmət iti vasitəsilə çamadana baxış keçirilib və it çamadana reaksiya verib. Mohamed Naasır steril zonadan yoxlama otağına dəvət olunaraq ona məxsus çamadana əsaslı gömrük baxışı keçirilib. Yoxlama zamanı çamadanın alt hissəsinə yapşqanla bərkidilmiş sarı rəngli, yastı formalı sellofan paketin içərisindən gömrük nəzarətindən gizlədilən, açıq qəhvəyi rəngli toz şəklində, xalis çəkisi 3660 qram təşkil edən narkotik vasitə-heroin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Turlar.az [newsid: 0-123300]

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu