Azərbaycanda idarə əməkdaşları oğurluğa görə həbs edildilər
Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətləri idarəsinin üç əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub.
KONKRET.azxəbər verir ki, 1983, 1987 və 1993-cü il təvəllüdlü şəxslər işlədikləri idarəyə məxsus iki ədəd zibil yeşiklərini oğurlayıblar.
Onlardan ikisi fəhlə, digəri isə "Mercedes" markalı zibil maşınının sürücüsüdür. Həmin şəxslər hər birinin dəyəri 500 AZN olan dəmir zibil yeşiklərini oğurlayaraq, metal qəbulu məntəqəsinə 70 manata satıblar. Bu oğurluqdan onların hər birinin payına 23 manat qazanc düşüb.
Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxslərin əməlinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər birinin azadlığı 1 il 6 ay müddətinə məhdudlaşdırılıb./Xitab24.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır