Azərbaycana qaçan Karaçöl Türkiyəyə təhvil verildi
Qətl şübhəsi ilə axtarışda olan, Azərbaycanda tapılan Türkiyə vətəndaşı ölkəsinə təhvil verilib.
KONKRET.az Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, Fayık Karaçöl həmin ölkədə qəsdən adam öldürməyə cəhd əməlini törətməkdə təqsirləndirilərək 2022-ci ildən etibarən beynəlxalq axtarışa verilib. Həmin şəxs cari ilin iyul ayında ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
Fayık Karaçölün verilməsinə dair Türkiyənin səlahiyyətli orqanlarının vəsatəti Azərbaycan Baş Prokurorluğu vasitəsilə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cari il sentyabrın 19-da məhkəmə tərəfindən "Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasına əsasən, vəsatət təmin edilərək təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilib.
Noyabrın 3-də təqsirləndirilən şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Türkiyənin səlahiyyətli orqanlarına təhvil verilib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi