Azərbaycana turistlər ən çox bu ölkələrdən gəlib – SİYAHI

Azərbaycana turistlər ən çox bu ölkələrdən gəlib – SİYAHI2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasına dünyanın 186 ölkəsindən 1893 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 29,8 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
Gələnlərin 30,5 faizi Rusiya Federasiyası, 18,1 faizi Türkiyə, 7,9 faizi İran, 5,3 faizi Hindistan, 4,9 faizi Gürcüstan, 4 faizi Səudiyyə Ərəbistanı, 2,8 faizi Qazaxıstan, 2,6 faizi Pakistan, 1,9 faizi Özbəkistan, 1,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,5 faiz olmaqla İsrail və Ukrayna, 1,4 faizi Küveyt, 1,3 faizi Belarus, hər birindən 1,2 faiz olmaqla Türkmənistan və Çin, 1,1 faizi Böyük Britaniya, 11,0 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 70,1 faizini kişilər, 29,9 faizini qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 7 dəfə, Cənubi Koreyadan – 3,4 dəfə, Türkmənistandan – 2,5 dəfə, Qazaxıstandan – 1,9 dəfə, Hindistandan – 1,9 dəfə, Polşadan – 1,9 dəfə, Misirdən – 1,8 dəfə, Qırğızıstandan – 1,8 dəfə, Tacikistandan – 1,8 dəfə, Bəhreyndən – 1,7 dəfə, Filippindən – 1,6 dəfə, İtaliyadan – 1,6 dəfə, İspaniyadan – 1,5 dəfə, Moldovadan – 1,5 dəfə, Özbəkistandan – 49,8 faiz, Belarusdan – 48,3 faiz, Rusiya Federasiyasından – 42,9 faiz, Kanadadan – 41,2 faiz, ABŞ-dan – 38,1 faiz, Küveytdən – 30,3 faiz, Gürcüstandan – 28,9 faiz, Fransadan – 26,4 faiz, Niderlanddan – 25,9 faiz, İsraildən – 24,4 faiz, Böyük Britaniyadan – 24 faiz, Türkiyədən – 20,6 faiz, Almaniyadan – 18,4 faiz, Ukraynadan – 12,0 faiz, Birləşmiş Ərəb Əmirliklərindən – 7,8 faiz artıb.
2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 47,1 faiz artaraq 758,3 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 40,7 faiz artaraq 97,4 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 5,4 faiz azalaraq 312,8 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,7 faizi hava, 27 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.
2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 25,5 faiz artaraq 1709,4 min nəfər olub. Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,5 dəfə, Gürcüstana gedənlərin sayı 32,8 faiz, Türkiyəyə gedənlərin sayı 21,9 faiz artmış, İrana gedənlərin sayı 25,8 faiz azalıb. Ölkə vətəndaşlarının 44 faizi Türkiyəyə, 21,3 faizi Rusiya Federasiyasına, 9 faizi Gürcüstana, 7,6 faizi İrana, 18,1 faizi digər ölkələrə səfər edib. Gedənlərin 65,1 faizini kişilər, 34,9 faizini qadınlar təşkil edib.
2023-cü ilin yanvar-noyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 67,8 faizi hava, 29,8 faizi dəmir yolu və avtomobil, 2,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Sosial       Tarix: 22 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü


azerbaycan xeberleri son xeberler yeni xeberler son xabarlar son xeberler bugun 2026 muharibe son xeberler azerbaycan xeber.az bu gun