Azərbaycanda 2 bağlanmış bankın əmlakları hərraca çıxarılır
Avqustun 15-də və 27-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "NBCBank" ASC-nin, avqustun 27-də isə ləğv prosesində olan "Zamin Bank" ASC-nin daşınar və daşınmaz əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.
azxeber.com xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.
Söhbət "NBC Bank"a məxsus dəyəri 1,1 min manat olan 1 ədəd "HP" markalı server avadanlığından, eləcə də Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 81 ünvanındakı dəyəri 500 min manat olan 263 kv.metrlik və dəyəri 2,3 milyon manat olan 281,2 kv.metrlik qeyri-yaşayış sahələrindən, "Zamin Bank"a məxsus Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 145 ünvanındakı dəyəri 190 min manat olan 80,3 kv.metrlik, dəyəri 326 min manat olan 143,4 kv.metrlik, dəyəri 491 min manat olan 216,3 kv.metrlik qeyri-yaşayış sahələrindən və Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi, ev 251 ünvanındakı ümumi dəyəri 460 min manat olan 30,8 kv.metrlik və 33,2 kv.metrlik mənzillərdən gedir.

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam