Azərbaycanda ağır qəza - 1 nəfər öldü, 3-ü yaralandı
Mingəçevir şəhərində yol qəzası baş verib, 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
Bu barədə azxeber.com-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, yanvarın 13-ü axşam saat 18 radələrində Mingəçevir şəhərinin Samux küçəsində Ülvi Hətəmovun idarə etdiyi "Mercedes" və Əhməd Əhmədovun idarə etdiyi "QAZ-3110" markalı avtomobillər toqquşub.
Nəticədə hər iki sürücü, eləcə də nəqliyyat vasitələrində olan iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Sonradan "QAZ-3110" markalı avtomobildəki sərnişinlərdən biri, 1983-cü il təvəllüdlü şəhər sakini Azər Manafov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.

ABB-dən qəribə qərar: 'm10'-a pul köçürmələrinə məhudiyyət qoyuldu
Unibank Finance in Motion ilə 10 milyon avroluq saziş imzaladı
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
Bakcell-in dəstəyi ilə keçirilən "SummerStack Bootcamp" başladı - FOTOLAR
"Fənərbaxça" onunla razılıq əldə etdi
Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq
Azərbaycanlı qız Gürcüstanda faciəvi şəkildə öldü
Livan və İsrail arasında danışıqların beşinci raundu başladı
"Land Cruiser" motosikletə çırpıldı - Kuryer öldü
Övladının həyatını təhlükəyə atmışdı - Saxlanıldı
Putin: Moskva Ukrayna ilə danışıqlara hazırdır
"Ebola virusu sürətlə yayılır" - ÜST
Trampdan İranla sazişi tənqid edənlərə qəribə tövsiyə
İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Azərbaycandadır
Qaxda maşın dərəyə aşdı - Xəsarət alan var