Azərbaycanda alim vəfat etdi - FOTO
Naxçıvan Dövlət Universitetinin alimi Novruzəli Rəhimov dünyasını dəyişib.
Bu barədə Naxçıvan Dövlət Universiteti məlumat yayıb.
Bildirilib ki, alim Rəhimov Novruzəli Həmzə oğlu 1962-ci il mart ayının 20-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Qara-qala kəndində anadan olub.
1969-cu ildə Babək rayonunun Qaraqala kənd 1 saylı orta məktəbinə daxil olub və 1979-cu ildə həmin orta məktəbi bitirərək, 1981-1984-cü illərdə Sakit Okean Hərbi Dəniz Donanmasında hərbi xidmətdə olub.
Sonra 1991-ci ildə Naxçıvan Dövlət Universitetinin Fəlsəfə kafedrasında baş laborant vəzifəsinə təyin olunub və 1995-ci ildə universitetin Fəlsəfə və politologiya kafedrasında müsabiqə yolu ilə müəllim, 2000-ci ildə baş müəllim seçilib. 2007-ci ildən isə dosent vəzifəsində işləyib. Mərhum 2004-2016-cı illərdə Fəlsəfə və sosial iş kafedrasının müdiri vəzifəsində işləyib.
Novruzəli Rəhimov vəfatından öncə "Qloballaşma prosesində Azərbaycanın rolu" mövzusunda fəlsəfə üzrə elmlər doktoru dissertasiyası üzərində işləyib.
Mərhum iki metodik vəsaitin, üç fənn proqramının, bir monoqrafiyanın, 68 elmi məqalənin müəllifidir.
Qeyd edək ki, Norvuzəli Rəhimov 31 oktyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Azərbaycan Respublikasının Əməkdar müəllimi" fəxri adı verilib.


Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var