Azərbaycanda avarçəkmə üzrə çempionat keçiriləcək
Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə 13-14 sentyabr tarixində Mingəçevirdə avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək.
KONKRET.az xəbər verir ki, "Kür" Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq yarışda Bakıdan və Mingəçevirdən olan 100-ə yaxın idmançı mübarizə aparacaq. İştirakçılar akademik avarçəkmə, həmçinin kayak və kanoe növlərində birincilik üçün yarışacaq.
Əsas hədəflərindən biri ölkəmizdə avarçəkmə idman növünün populyarlığını artırmaq, kütləviliyi təmin etmək olan AKAF bu məqsədlə Azərbaycan çempionatında əsasən yeniyetmə və gənc idmançıların iştirakına üstünlük verəcək.
Qaliblər medal və diplomla mükafatlandırılacaq. Fərqlənən avarçəkənlər gələcəkdə yığma komandanın heyətinə cəlb olunmaqla yanaşı oktyabrda təşkil ediləcək beynəlxalq Mingəçevir Reqatasında mübarizə aparmaq şansı qazanacaq.

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi