Azərbaycanda AVRO-5 dizelinin istehsalına başlanacağı tarix bəlli oldu

Azərbaycanda AVRO-5 dizelinin istehsalına başlanacağı tarix bəlli olduAzərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (NEZ) AVRO-5 standartına uyğun olan benzinin istehsalına başlanılması 2023-cü ilin iyun-iyul aylarına planlaşdırılıb.
KONKRET.az xəbər verir ki, bunu "SOCAR Downstream" şirkətinin direktor müavini Emil Alxaslı Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransın ikinci günündə bildirib.
"Bu ilin üçüncü rübündə isə AVRO-5 standartına uyğun olan dizel yanacağının istehsalına başlamaq planlaşdırılır. Yenidənqurma və modernizasiya layihəsi çərçivəsində işlər qurğuların işə salınması səviyyəsindədir. İlk növbədə hidrogen qurğusu, növbəti mərhələdə isə digər qurğular işə salınacaq, bu proses gələn ilin ortalarına qədər davam edəcək. Hidrogen qurğusu dizel yanacağının və benzinin təmizlənməsi üçün lazımdır", – deyə o qeyd edib.
E.Alxaslı bildirib ki, nəticədə zavodda ildə iki milyon ton avtomobil benzini istehsal ediləcək:
"Bu həcmlərin 60%-i Aİ-92 markalı benzinin, 40%-i isə Aİ-95 markalı benzinin payına düşəcək. Yenidənqurma və modernizasiya işlərinin əsas məqsədlərindən biri ölkənin benzin və dizelə tələbatını 2040-cı ilə qədər tam ödəməkdir. Öz növbəsində, artıq qalan yanacaq həcmləri ixraca yönəldiləcək".
"Yenidənqurma və modernizasiya layihəsinin birinci mərhələsi 2023-cü ildə bitəcək, ikinci mərhələnin başa çatması isə 2027-ci ilin sonuna planlaşdırılır. Layihə nəticəsində NEZ bütün Xəzər dənizi ölkələrinin neftini emal edə biləcək", – deyə E.Alxaslı əlavə edib.
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə

Sosial       Tarix: 03 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət


yeni xeberler azerbaycan xeberleri son xeberler maşın realiti şou beynelxalq bank mezenne kriminal xeber