Azərbaycanda bəzi yaşayış məntəqələri ilə əlaqə kəsilib - FOTO

Azərbaycanda bəzi yaşayış məntəqələri ilə əlaqə kəsilib - FOTOArtıq dörd gündür ki, ölkə üzrə əksər bölgələrimiz ağ örpəyə bürünüb. Lakin dağlıq və dağətəyi rayonlarda qar həm daha şiddətli yağır, həm də ara vermir.
azxeber.com AZƏRTAC-a istinadən xəbər verir ki, günlərdir davam edən aramsız qar Şamaxıda da səngimir. Şamaxı dəniz səviyyəsindən xeyli yüksəkdə olduğundan temperatur da kəskin aşağı düşüb.
Hətta bəzi yerlərdə mənfi 5-10 dərəcəyə çatıb. Yaranan mənzərə uşaqların sevincinə səbəb olsa da, böyüklərin işini çətinləşdirib. Hava şaxtalı olduğundan yağan qar ərimir, əksinə yollarda buz təbəqəsi yaradır ki, bu da nəqliyyatın hərəkətini iflic edir.
19 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsinin canlı qüvvəsi və texnikası Şamaxı-Dəmirçi-Pirqulu yoluna səfərbər edilib. Adıçəkilən yolda vəziyyət rayonun digər kəndlərinə nisbətən daha pisdir.
Buzların əriməsi üçün asfalt örtüyünə qum və buz qarışığı səpilir.
Şamaxı-Pirqulu-Dəmirçi kəndinə gedən yol açılıb, qış şinləri ilə hərəkət edən avtomobillərin gediş-gəlişində heç bir məhdudiyyət yoxdur. Amma ərazinin tez-tez qardan təmizlənməsinə baxmayaraq, güclü yağıntı yolların yenidən buz bağlamasına səbəb olur.
Pirqulu-Dəmirçi yolundan fərqli olaraq Qəleybuğurd, Qala dərəsi, Sis və Keçmədin kəndlərinə gediş-gəliş çətinləşib. Bu kəndlərə yağan qarın qalınlığı artıq 50 santimetrə çatıb.
Kəndlərin rayon mərkəzi ilə gediş-gəlişi tam kəsilməsə də, yollarda dördçarxlı avtomobillər hərəkət edə bilir.
Bu saatlara qədər qar yağmaqda hələ də davam edir. Havanın temperaturu bəzi ucqar kəndlərdə mənfi 10 dərəcəyə düşüb. Şamaxı-Pirqulu-Dəmirçi yolunda qarla yanaşı, qatı duman da müşahidə edilir.
Sakinlərin sözlərinə görə, Şamaxıdan Pirbəhli, Ərçiman, Dəmirçi və Lahıc kəndlərinə avtomobillərin gediş-gəlişi isə demək olar tamamilə dayanıb. Bu yollarda heç bir nəqliyyat vasitəsi hələ ki, hərəkət edə bilmir. Hazırda həmin ərazilərdə qarın təmizlənməsi və yolların açılması işləri görülür.
Qeyd edək ki, mövcud hava şəraitinin növbəti 1-2 gün ərzində də davam edəcəyi gözlənilir. Odur ki, Şamaxı istiqamətində hərəkət edən sürücülərə ehtiyatlı olmaları tövsiyə olunur.
Azərbaycanda bəzi yaşayış məntəqələri ilə əlaqə kəsilib - FOTOAzərbaycanda bəzi yaşayış məntəqələri ilə əlaqə kəsilib - FOTOAzərbaycanda bəzi yaşayış məntəqələri ilə əlaqə kəsilib - FOTOAzərbaycanda bəzi yaşayış məntəqələri ilə əlaqə kəsilib - FOTOAzərbaycanda bəzi yaşayış məntəqələri ilə əlaqə kəsilib - FOTOAzərbaycanda bəzi yaşayış məntəqələri ilə əlaqə kəsilib - FOTOAzərbaycanda bəzi yaşayış məntəqələri ilə əlaqə kəsilib - FOTO

Sosial       Tarix: 12 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbər.az xeber saytlari xeber.az sonxeber.az