Azərbaycanda bu məhsul bahalaşdı - Səbəb nədir?

Azərbaycanda bu məhsul bahalaşdı - Səbəb nədir?Son günlər paytaxtda və bölgələrdə kənd yumurtasının qiymətində artım müşahidə olunur. Bir müddət əvvəl 25 qəpiyə satılan yumurta indi 35-40 qəpiyə təkif olunur.
Satıcılar deyir ki, qiymətin artması mövsümi xarakter daşıyır. Onlar qiymət artımı ilə əlaqədar olaraq, alıcı kütləsinin də azaldığını bildiriblər.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin oktyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 103,1 faiz təşkil edib.
Cari ilin oktyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, mal və qoyun ətinin, təzə balığın, südün, yumurtanın, üzümün, pomidorun, xiyarın, bibərin, badımсanın, yerkökünün, çuğundurun, kartofun, sarımsağın, meyvə şirəsinin qiymətlərində müşahidə olunub.
Kənd yumurtasının qiymətindəki artıma səbəb nədir? Qiymət getdikcə daha da artacaqmı?
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı ekspertAkif Nəsirli vurğulayıb ki, kənd yumurtalarının qiyməti hava ilə əlaqədar bahalaşır:
"Kənd yumurtası kustar üsulla becərilən toyuqlardan alınır. O toyuqların hamısı xüsusi bəslənmə şəraitində saxlanılmır. Məsələn indi Qazaxın ucqar kəndində hava soyuyub. Burada toyuq hinlərinə nə istilik sistemi, nə də işıq çəkirlər. Ona görə də soyuq aylarda, adətən, toyuqlar az yumurta verir. Belə olan halda yumurta qıtlaşır. Yəni tələbat təklifi üstələyir. Bu isə qiymətin bahalaşmasına səbəb olur. Bu, hər il belə olur".
Azərbaycanda bu məhsul bahalaşdı - Səbəb nədir?A.Nəsirli yanvar, fevral və mart aylarında yumurta qiymətlərinin daha da bahlaşacağını söyləyib:
"Havalar soyuduqca kənd yumurtalarının qiyməti artacaq. Amma brolyer yumurtaları qış aylarında da ucuzlaşa bilir. Çünki onları ferma şəraitində saxlayırlar. Sabit temeperaturda, xüsusi yemlərlə saxlanırlar deyə ferma yumurtalarının qiymətini sabit saxlamaq olur. Amma kənd yerlərində, ayrı-ayrı ev təsərrüfatları bunu bacarmır. Yanvar, fevral və mart aylarında kənd yumurtalarının qiyməti daha baha olacaq. Ancaq elə illər də olur ki, iqlim elə də sərt keçmir. Tutaq ki, bir ay sonra toyuqlar xoş keçən iqlimə adaptasiya olunur. Beləliklə, toyuqlar qidadan asılı olaraq yumurta verməyi intensivləşdirirlər".

Sosial       Tarix: 15 noyabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas


azerbaycan xeberleri yeni xeberler son xeberler havanın temperaturu valyuta mezennesi 2026 xəbər.az son xeberler bugun 2026 azerbaycan