Azərbaycanda bu şəxslərə vergi güzəşti ediləcək
Bir sıra fərdi peşə fəaliyyəti ilə məşğul olan və VÖEN-lə işləyən kiçik sahibkarların vergi yükü azaldıla bilər. Bununla bağlı yeni qanun layihəsi hazırlanıb.
KONKRET.az xəbər verir ki, vergi məsələləri üzrə ekspert Emin Səttarovun sözlərinə görə, elə fəaliyyət növü ilə məşğul olan fiziki şəxslər var ki, onlar əhaliyə deyil, digər vergi ödəyicilərinə xidmət göstərdiklərindən sadələşdirilmiş vergi ödəyicisi ola bilmirlər. Təklifdə 13 istiqamət üzrə illik dövriyyəsinin həcmi 45 min manatadək olan mikro sahibkarların əldə etdikləri gəlirlərin 75 faizinin hər hansı şərt tətbiq edilmədən gəlir vergisindən azad edilməsi nəzərdə tutulub. Hazırkı qanunvericiliyə görə isə, fərdi sahibkarlar əldə etdiyi gəlirlərə görə 20% gəlir vergisi ödəməlidirlər. Sahibkarın 3 nəfər işçisi olduğu halda, onun gəlirinin 75%-lik hissəsi vergidən azad edilir.
Ekspert Emin Səttarovun sözlərinə görə, jurnalistika, proqram təminatı, layihə-dizayn və dekorasiya, tərcümə, reklam, araşdırma və tədqiqat, elm, təhsil, mədəniyyət və idman, hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri göstərənlər, həmçinin kuryer fəaliyyəti və turizm bələdçiliyi edənlər 45 min manatdan az gəlir əldə etdikləri zaman bu güzəştlərdən yararlana biləcəklər.
Vergi ödəyicisi kimi VÖEN-lə işləyən repetitorlara da bu güzəştlər tətbiq ediləcək.
Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər qəbul ediləcəyi halda gələn il yanvarın 1-dən qüvvəyə minəcək.//Xezerxeber.az

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var