Azərbaycanda bu stadionun adı dəyişdirildi
"Sumqayıt" Futbol Klubu ilə "SOCAR Polymer" MMC arasında sponsorluq müqaviləsi imzalanıb.
KONKRET.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər Stadionunun Mətbuat zalında təşkil olunan imza mərasiminə hər iki qurumun rəhbərliyi, əməkdaşları, həmçinin digər tərəfdaş şirkətlərin nümayəndələri qatılıb.
Əvvəlcə çıxış edən "Sumqayıt"ın prezidenti Riad Rəfiyev əməkdaşlığın önəmindən bəhs edib və vurğulayıb ki, son zamanlar bütün dünyada geniş vüsət alan iri şirkətlərin idmana investisiya etmə tendensiyasının Azərbaycanda da yayılması ölkə futboluna böyük töhfə verəcək. Rəfiyev həmçinin qeyd edib ki, bu əməkdaşlıq hər iki quruma gələcəkdə inkişaf yolunda böyük təkan olacaq.
Daha sonra "SOCAR Polymer" MMC-nin Baş direktoru Fuad Əhmədov çıxış edib və o da öz növbəsində bu əməkdaşlıqdan məmnun olduqlarını, həm Sumqayıt şəhərinin idman həyatına, həm də ölkə futboluna daim dəstək olacaqlarını vurğulayıb. Əhmədov bildirib ki, bu yöndə fəaliyyətlərini gələcəkdə də davam etdirəcəklər.
Daha sonra iki qurumun rəhbərliyi arasında rəsmi əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi olub.
Razılaşmaya əsasən, "Sumqayıt"ın təlim-məşq bazası bundan sonra "SOCAR Polymer Arena" adlanacaq. Həmçinin həm bazada, həm də Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər Stadionunda "SOCAR Polymer" brendinin bannerləri və reklam lövhələri yerləşdiriləcək. Bundan əlavə, klubun rəsmi oyun formalarında "SOCAR Polymer" şirkətinin loqosu həkk olunacaq.

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var