Azərbaycanda daha 29 dövlət əmlakı hərraca çıxarılacaq
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3 və 8 oktyabr tarixlərində keçirəcəyi hərraclara ümumilikdə 29 dövlət əmlakı çıxarılacaq.
"Report" bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, 1-ci hərraca 23 nəqliyyat vasitəsi çıxarılacaq. Avtomobillərin buraxılış tarixləri 2007-2019-cu illəri əhatə edir.
2-ci hərraca isə 6 səhmdar cəmiyyətinin səhm paketi çıxarılacaq. Hərracda iştirak edəcək şəxslər xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətlərinin səhmlərini özəlləşdirə bilərlər. Bunlar "Ağdaş Quşçuluq", "Gəncə Quşçuluq", "Neftçala Ət", "Salyan broyler", "Xəzər Avtonəqliyyat" və "Zaqatala Fındıq" açıq səhmdar cəmiyyətləridir. Hərraca çıxarılacaq səhmdar cəmiyyətlərinin nizamnamə kapitalı 175 157 -1 223 095 manat arasında dəyişir.
Hərraca çıxarılan əmlakların tam siyahısı ilə linki vasitəsilə tanış olmaq mümkündür.
İştirak etmək istəyənlər "www.emlak.gov.az" Xidmətin və "www.auksion.gov.az" Hərracların Təşkili Mərkəzinin rəsmi internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər. "www.e-emlak.gov.az" Elektron Xidmətlər Portalından qeydiyyatdan keçərək və beh ödəyərək iştirakçı statusu almaq olar.

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır