Azərbaycanda DƏHŞƏT! - Oğurluğa getdikləri evin sahibini bıçaqlayıb, evi yandırdılar
İyulun 25-i saat 03 radələrində Tovuz rayonu İbrahimhacılı kəndində fərdi yaşayış evində yanğın baş verməsi nəticəsində ev sahibi Yaqut Quliyeva və həmkəndlisi Həqiqət Cabbarovanın ölmələri faktı ilə bağlı prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş cinayətin "isti izlər"lə açılması təmin edilərək onların qəsdən öldürülmələri müəyyən edilmişdir.
Baş Prokurorluqdan azxeber.com-a verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) və 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) maddələri ilə cinayət işi başlanıb.
Aparılmış istintaq-əməliyyat tədbirləri ilə həmin kənd sakinləri 2003-cü il təvəllüdlü Elcan Bağırovun, 2005-ci il təvəllüdlü D.Dadaşov (şərti) ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq məqsədilə Yaqut Quliyevaya məxsus evə girmələrinə, daha sonra Həqiqət Cabbarova və Yaqut Quliyevanın onları görmələri səbəbindən cinayət əməllərinin ifşa olunmasının qarşısını almaq üçün onlara bıçaqla xəsarətlər yetirərək öldürmələrinə və evi yandırmalarına əsaslı şübhələr müəyyən edilmişdir.
E.Bağırov və D.Dadaşov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilib.
İş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var