Azərbaycanda deputat vəfat etdi - FOTO
Coğrafiyaçı alim, Ali Məclisin deputatı Nazim Bababəyli ömrünün 69-cu ilində vəfat edib.
azxeber.com report-a istinadən xəbər verir ki, Nazim Səfərəli oğlu Bababəyli 28 may 1953-cü ildə Naxçıvan şəhərində anadan olub.
Səmərəli fəaliyyəti ilə seçilən alim 2004-cü ildə "Araz çayının yuxarı hissəsinin ekoloji şəraiti" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2003-cü ildən Naxçıvan Dövlət Universitetində Coğrafiya kafedrasının müdiri olan N.Bababəyli həm də "Naxçıvan" universitetində müəllim kimi çalışırdı.
Naxçıvan MR Ali Məclisinin deputatı olan alim Avropa Şurası Regional və Yerli Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin üzvü idi. Əsasən Aerokosmik tədqiqatlar, coğrafi və geoloji ekologiyaya həsr olunmuş 180-ə qədər məqalənin, o cümlədən 6 monoqrafiyanın, ali məktəblər üçün bir neçə proqramın müəllifidir.
3 övlad atası olan Nazim Bababəyli görkəmli coğrafiyaçı alim Səfərəli Babayevin oğlu, BDU-nun hazırkı rektoru Elçin Bababəylinin qardaşıdır.
Naxçıvan Teleradiosu ilə də səmərəli əməkdaşlıq edən Nazim Bababəyliyə Allahdan rəhmət diləyir, teleradionun bütün kollektivi adından ailəsinə və yaxınlarına başsağlığı veririk.


Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var