Azərbaycanda elektrikli avtobusların istehsalına başlanılacaq

Azərbaycanda elektrikli avtobusların istehsalına başlanılacaqSumqayıt Kimya Sәnaye Parkında Çinin "BYD Company Limited" şirkәti ilә әmәkdaşlıq çәrçivәsindә elektrik mühәrrikli avtobusların istehsalına başlanılacaq.
azxeber.com xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, layihә üzrә ehtiyat hissәlәrinin istehsalının lokallaşdırılması mәqsәdilә yerli potensialın reallaşdırılması imkanları araşdırılır.
Nәqliyyat sisteminin daha tәhlükәsiz, ekoloji cәhәtdәn tәmiz olması vә atmosferә atılan tullantıların azaldılması Azәrbaycanın dayanıqlı inkişafının hәdәflәrindәndir. Bu mәqsәdlә İqtisadiyyat vә Rәqәmsal İnkişaf vә Nәqliyyat nazirliklәri tәrәfindәn ölkәmizin avtobus parkının yenilәnmәsi istiqamәtindә işlәr görülür.
Azәbaycanda avtobus parkının yerli istehsal hesabına tәmin edilmәsi mәqsәdilә Çinin "BYD Company Limited" (BYD) şirkәti ilә әmәkdaşlığa başlanılır. BYD şirkəti təqdim edilən təkliflər əsasında Çin, Rusiya və Macarıstanın bu sahə üzrə ixtisaslaşmış 9 şirkəti arasından seçilib.  
Elektrik avtobuslarının istehsalı layihәsindә "Azәrbaycan İnvestisiya Şirkәti" ASC payçı kimi iştirak edәcәk.
Layihә üzrә BYD şirkәtinin yerli tәrәfdaşı "SARDA Group" şirkәtlәrinә mәxsus "Electrify Azerbaijan" MMC-dir.
BYD şirkәti tәrәfindәn Sumqayıt Kimya Sәnaye Parkında qurulacaq zavodda elektrik mühәrrikli avtobusların istehsalına ilkin olaraq 34 milyon ABŞ dolları hәcmindә investisiyanın qoyulması nәzәrdә tutulub. Şirkәt tәrәfindәn daxili tәlәbat vә ixrac imkanları nәzәrә alınmaqla illik istehsal hәcminin 500 әdәd olması nәzәrdә tutulur. Layihә çәrçivәsindә 800 yeni iş yerinin yaradılması planlaşdırılır.
İstehsalın 3-cü ilindәn şirkәt tәrәfindәn istehsal edilәcәk elektrik mühәrrikli avtobusların ehtiyat hissәlәrinin istehsalının lokallaşdırılması nәzәrdә tutulub vә bu, 2030-cu ilәdәk avtobusların ümumi maya dәyәrinin 40 %-ni tәşkil edәcәk. Artıq bununla әlaqәdar yerli potensialın reallaşdırılması imkanlarının araşdırılmasına başlanılıb.
Avtobusların yerli istehsalına 2025-ci ildә başlanılacaq. Bundan әlavә, 2024-cü ilin noyabr ayında Azәrbaycanda keçirilәcәk COP29 tәdbiri çәrçivәsindә BYD şirkәtinin elektrik mühәrrikli avtobuslarının ölkәmizә gәtirilmәklә istismara verilmәsi nәzәrdә tutulur.
Gәlәcәkdә BYD şirkәti ilә әmәkdaşlıq üzrә aşağı tonnajlı yük elektrik avtomobillәrinin, kommunal tәsәrrüfat üçün elektrik mühәrrikli avtonәqliyyat vasitәlәrinin, elektrik mühәrrikli minik avtomobilinin istehsalı vә elektrik enerjisinin saxlanması üçün batareyaların yığımı kimi sahәlәrdә әmәkdaşlıq planlaşdırılır. Bu layihәlәrә şirkәt tәrәfindәn tәqribәn 60 milyon ABŞ dolları mәblәğindә әlavә investisiyanın yatırılması planlaşdırılır.
Qeyd edәk ki, 1995-ci ildә yaranmış BYD şirkәti 2023-cü ildә 3 milyon yeni enerji avtomobilinin rekord satışını hәyata keçirmәklә dünya birincisi olub. Şirkәt avtomobil istehsalı, elektronika, elektrik batareyaları, bәrpa olunan enerji vә dәmir yolu nәqliyyatı sahәlәrindә son yeniliklәri tәtbiq edәn dünyamiqyaslı aparıcı texnologiya şirkәtlәrindәn biri hesab olunur.

Sosial       Tarix: 09 aprel 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət


yeni xeberler azerbaycan xeberleri son xeberler cebheden xeberler sonxeberler ən son xeberler en son xeberler bu gun