Azərbaycanda əmək haqqının hesablanması QAYDASI

Azərbaycanda əmək haqqının hesablanması QAYDASI2019 cu il yanvarın 1-dən əmək haqqının hesablanmasında əmək haqqından tutulan vergi və məcburi sosial sığorta haqlarının dərəcələrində dəyişikliklər edilib. Buna əsasən 01 yanvar 2019-cu ildən Vergi Məcəlləsi üzrə əmək haqqından gəlir vergisi hesablanması 2 kateqoriyaya bölünəcək:
Dövlət və Neft-qaz sahəsində fəaliyyəti olanlar;
Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər.
  Dövlət və neft-qaz sahəsində fəaliyyəti olanlar üçün əmək haqqından gəlir vergisinin hesablanması aşağıdakı kimi olacaq:
Vergi tutulan aylıq gəlirin məbləği
Verginin məbləği
2500 manatadək
14 faiz
2500 manatdan çox olduqda
350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi
      Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğun olaraq tutulur:
Vergi tutulan aylıq gəlirin məbləği
Verginin məbləği
8000 manatadək
0 faiz
8000 manatdan çox olduqda
8000 manatdan çox olan məbləğin 14 faizi
Məcburi dövlət sosial sigorta haqqı aşağıdakı kimi hesablanır:
№-si
Gəlirin məbləği
İşçidən hesablanan sosial ayırma
İşəgötürənin hesabladığı sosial ayırma
1
200 manata qədər
 3 faiz
22 faiz
2
200 manatdan yuxarı
6 manat + 200 manatdan yuxarı 10 faiz
44 manat + 200 manatdan yuxarıməbləğin 15%
Burda iki əsas məqam var: güzəştlər ilk növbədə neft-qaz sektorunda fəaliyyəti olmayan və özəl sektorda çalışan işçilərə şamil ediləcək. İkinci məsələ isə bu güzəştlər 7 il müddətinə nəzərdə tutulub.
    Əmək haqqının hesablanmasına dair nümunələr: cədvəldə müqayisə üçün 2017 və 2018 illərdə əmək haqqının hesablanması qaydaları da göstərilib.
Dövlət və neft-qaz sektorunda çalışan, aylıq əmək haqqı 1000 manat olan işçilərdə:
Azərbaycanda əmək haqqının hesablanması QAYDASI2. Qeyri neft-qaz və özəl sektorda çalışan aylıq əmək haqqı 1000 manat olan işçilərdə:
Azərbaycanda əmək haqqının hesablanması QAYDASIƏmək haqqından tutulmaların hesablanması kalkulyatoru
Minimum aylıq əmək haqqı
Əmək qanunvericiliyinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. İşçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qanunla qadağandır. Minimum aylıq əmək haqqı - işçinin əməyinə görə ona ödənilən maaşın ən aşağı pilləsidir və qanunvericiliklə ixtisassız əməyə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Azərbaycanda minimum əməkhaqqı ölkə Prezidenti tərəfindən təyin olunur. Qeyd etmək lazımdır ki, iyunun 18-i Prezidentin sərəncam ilə minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilib.
Azərbaycanda minimum əmək haqqının dəyişmə dinamikası:
2006-cı ilin oktyabrından - 30 AZN
2007-ci ilin fevralından - 50 AZN
2008-ci ilin yanvarından - 60 AZN
2008-ci ilin avqustundan - 75 AZN
2010-cu ilin sentyabrından - 85 AZN
2011-ci ilin dekabrından - 93,50 AZN
2013-cü ilin sentyabrından - 105 AZN
2017-ci ilin yanvarından - 116 AZN
2018-ci ilin yanvarından - 130 AZN
2019-cu ilin martından - 180 AZN
2019- cu ilin sentyabrından - 250 AZN
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 30 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA

2025-ci ildə iqtisadi fəaliyyət növləri və cins üzrə orta aylıq nominal əməkhaqqına dair göstəricilər qadınlarla kişilərin qazancı arasında fərqlərin mövcud olduğunu göstərir. Məlumatlara əsasən, 2025-ci ildə qadınların ort

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber saytlari son xeber az valyuta en son xeberler