Nazir: "Tramp Marşrutu" Azərbaycanla Türkiyə əlaqələrinin daha güclü səhifəsini yazır

Nazir: İzmir şəhərində Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın həmsədrliyi ilə Azərbaycan-Türkiyə IV Enerji Forumu keçirilib.
Energetika Nazirliyindən azxeber.com-a verilən məlumata görə, Forumun açılışında çıxış edən nazir Pərviz Şahbazov bildirib ki, Azərbaycan və Türkiyə uzun illərdir təkcə enerji sahəsində tərəfdaş deyil, həm də regionun geoiqtisadi mənzərəsini formalaşdıran, sülhə, sabitliyə və davamlı inkişafa töhfə verən, beynəlxalq enerji təhlükəsizliyində birgə addımlayan strateji müttəfiqlərdir. Nazir vurğulayıb ki, "bir millət, iki dövlət" prinsiplərinə əsaslanan və dövlət başçılarının qarşılıqlı inam və güvənlə həyata keçirdiyi siyasət Azərbaycan-Türkiyə münasibətlərini tarixdə misli görünməmiş səviyyəyə yüksəldərək bütün enerji layihələrinin hərəkətverici qüvvəsinə çevrilib.
Bildirilib ki, indiyədək Azərbaycandan Türkiyəyə 120 milyard kubmetrdən çox qaz ixrac olunub, TANAP-la Türkiyəyə 35 milyard, Avropaya isə 50 milyard kubmetrdən artıq qaz nəql edilib. Bu ilin 8 ayında Türkiyəyə 6,6 milyard, Türkiyə üzərindən Avropa ölkələrinə isə 8,3 milyard kubmetr qaz çatdırılıb. Azərbaycan-Türkiyə strateji müttəfiqliyi sayəsində Suriyanın da enerji təhlükəsizliyinə töhfə verilir və qısa müddətdə bu ölkəyə 60 milyon kubmetr qaz göndərilib.
Energetika naziri deyib: "Azərbaycan-Türkiyə enerji tərəfdaşlığı ölkələrimizi neft, qaz və bərpa olunan enerji sahəsində uzunmüddətli tərəfdaş kimi möhkəmləndirən, dəyişən geosiyasi reallıqlar fonunda regional və qlobal miqyasda mövqelərimizi gücləndirən yeni mərhələyə daxil olub. "İğdır-Naxçıvan" qaz kəmərinin istifadəyə verilməsi, TPAO şirkətinin "Şəfəq-Asiman" layihəsinə qoşulması, Suriyaya qaz tədarükünə başlanması, "yaşıl enerji interkonnektor"larının qurulması və Zəngəzur dəhlizi, yaxud "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" üzrə razılaşmaların əldə olunması enerji əlaqələrimizin yeni, daha güclü səhifəsini yazır".
Qeyd olunub ki, Zəngəzur dəhlizi Xəzər dənizi və Mərkəzi Asiyadan həm karbohidrogenlərin, həm də "yaşıl enerji"nin Naxçıvan üzərindən Türkiyə və beynəlxalq bazarlara çatdırılmasını təmin edəcək strateji marşrutdur. Bu dəhliz Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməklə yanaşı, Türkiyə və türk dövlətləri ilə enerji və kommunikasiya əlaqələrinə yeni güc qatacaq, ölkələrimizi Orta Dəhlizin enerji, nəqliyyat və tranzit üzrə əsas mərkəzlərindən birinə çevirəcək. Bu kontekstdə Naxçıvanla Türkiyə arasında elektrik bağlantılarının yaradılmasının sürətləndirilməsinin vacibliyi vurğulanıb. Həmçinin "yaşıl enerji"nin ixracı və tranziti üzrə Naxçıvan, Zəngəzur marşrutları ilə yanaşı, "Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan" interkonnektorunun da icrasından bəhs edilib.
Çıxışda türk şirkətlərinin Kəlbəcər və Laçında həyata keçirdiyi ümumi gücü 13 MVt olan 4 kiçik su elektrik stansiyası, həmçinin Kəlbəcərdə 240 MVt gücündə külək elektrik stansiyası layihələrinə də toxunulub. Forumun, karbohidrogenlərdən mədənçiliyə, bərpa olunan enerjidən enerji tənzimlənməsinə qədər geniş sahələri əhatə edən əməkdaşlığı təşviq etməklə, Azərbaycan-Türkiyə enerji birliyinin uzunmüddətli enerji təhlükəsizliyinin təminatçısı kimi mövqeyini möhkəmləndirdiyi qeyd olunub.
Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar isə deyib ki, Türkiyə və Azərbaycan sahib olduqları geostrateji mövqe, zəngin təbii sərvətlər və inkişaf etmiş infrastrukturla bir-birini tamamlayan rollar oynayır, eyni zamanda regional və qlobal enerji təchizatının təhlükəsizliyinə mühüm töhfələr verir. Türkiyə və Azərbaycan güclü infrastrukturu və köklü əlaqələri ilə həm regional təchizat təhlükəsizliyində, həm də qlobal bazarlarda etibarlı tərəfdaş olaraq qalmaqda davam edəcək.
Açılış mərasimində iştirak edən Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev də çıxış edərək iki ölkənin enerji keçidi sahəsində əməkdaşlığının və COP29 təşəbbüsləri üzrə həmrəyliyinin iqlim məsələlərinə töhfələrindən danışıb.
Forum çərçivəsində fəaliyyət göstərən karbohidrogen və neft-kimya, elektrik enerjisi bazarı, elektrik enerjisinin paylanması və ötürülməsi, tənzimləmə, enerji səmərəliliyi və mədənçilik üzrə İşçi qruplarının məruzələri dinlənilib. Həmçinin enerji şirkətlərinin iştirakı ilə dəyirmi masa keçirilib. Enerji təhlükəsizliyinin gücləndirilməsi, qlobal və regional enerji qurumlarında əməkdaşlığın davam etdirilməsi, elektrik sahəsində ikitərəfli və çoxtərəfli layihələrin birgə icrası, eləcə də Türkiyədə, Azərbaycanda və üçüncü ölkələrdə enerji və mədənçilik investisiya layihələrinin dəstəklənməsi üzrə əməkdaşlıq etmək razılaşdırılıb. Yekunda "Türkiyə-Azərbaycan IV Enerji Forumunun Protokolu" imzalanıb.

İqtisadiyyat       Tarix: 05 sentyabr 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB


yeni xeberler azerbaycan xeberleri son xeberler bugunun xeberleri sonxəbərlər cəbhədən son xəbərlər valyuta mezennesi