Azercell qadınlara növbəti dəstək proqramına start verir
Azercell "Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik" strateji məqsədini rəhbər tutaraq, qadınların ictimai fəallığını artırmaq və sosial rifahını gücləndirmək məqsədilə növbəti sosial layihə müsabiqəsini elan edir.
Müsabiqəyə təqdim olunacaq layihələr qadınlarla bağlı aşağıdakı istiqamətlərdən birini əhatə etməlidir:
bilik və bacarıqların inkişafı;
sahibkarlıq və biznes sahəsində praktiki biliklərin öyrədilməsi;
texnologiya və innovasiya sahəsində yeni bacarıqların formalaşdırılması;
hüquq və maliyyə savadlılığının artırılması;
sağlam həyat tərzinin təşviqi.
Seçim zamanı rəqəmsal inkişafı, inklüzivliyi və texnoloji həllər vasitəsilə həyat keyfiyyətinin yüksəldilməsini dəstəkləyən layihələrə üstünlük veriləcək. Layihələrin geniş auditoriyaya təsiri və davamlı icra imkanları da əsas meyarlar sırasında yer alacaq.
Qiymətləndirmənin şəffaflığını və obyektivliyini təmin etmək üçün təkliflər ölkədə bu sahə üzrə ixtisaslaşmış ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən dəyərləndiriləcək. Qalib layihələrin hər birinə 7.000 AZN-dək maliyə dəstəyi ayrılacaq. Yekun məbləğ münsiflərin qərarına əsasən müəyyən ediləcək.
Müsabiqədə yalnız qeyri-hökumət və qeyri-kommersiya təşkilatları iştirak edə bilər.
Layihə təklifləri 1-30 sentyabr 2025 tarixləri arasında Azərbaycan dilində aşağıdakı link vasitəsilə göndərilməlidir:
Müraciətə layihənin detallı büdcəsi əlavə edilməlidir.
Azercell bütün iştirakçılara uğurlar arzulayır! / azxeber.com

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır