Azərbaycanda ərinin pulunu xərcləyən qadın polisə yalan danışdı: Maskalı şəxs
Tovuzda polisə yalan danışan şəxs ifşa olunub.
Bu barədə azxeber.com-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.
O bildirib ki, avqustun 2-də Tovuz rayon Polis Şöbəsinə rayonun Aşağı Öysüzlü kəndində 1 nəfər maskalı naməlum şəxsin xanım vətəndaşın evinə daxil olaraq ona kəsici alətlə xəsarət yetirərək 35.000 manat pulu və ümumi dəyəri 4000 manat olan qızıl zinət əşyalarını quldurluq yolu ilə ələ keçirməsi və evi yandırmağa cəhd etməsi barədə məlumat daxil olub:
"Polis əməkdaşları dərhal hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində quldurluq hadisəsinin baş vermədiyi, vətəndaş S. Süleymanovanın uzun müddət ərzində həyat yoldaşına məxsus pulu xərclədiyi üçün yalan məlumat verdiyi məlum olub.
Araşdırmalar zamanı xanımın özünə xəsarət yetirdiyi kəsici alət, yanıcı maddə, 2.743 manat, 900 ABŞ dolları və 7500 rus rublu maddi sübut kimi aşkar edilərək götürülüb".

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var