Azərbaycanda futbol hakimləri qəzaya düşdü - YENİLƏNİB

Azərbaycanda futbol hakimləri qəzaya düşdü - YENİLƏNİBYevlaxda avtomobil qəzasında xəsarət alanlar futbol hakimləri və hakim-inspektor olub.
azxeber.com "report"a istinadən xəbər verir ki, Ceyhun Haşımov, Elmin Süleymanov, Rövşən Rəcəbov, Asif Abdullayev və Rəsul Babayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Hadisə ədalət təmsilçiləri I Divizionda "Mingəçevir" və "Qaradağ Lökbatan" komandaları arasındakı XIV tur oyunundan sonra Bakıya qayıdarkən baş verib. Onları daşıyan nəqliyyat vasitəsi Tanrıqulular kəndində qarşıdan gələn avtomobillə toqquşub.
C.Haşımov FIFA dərəcəli keçmiş referi Mübariz Haşımovun qardaşıdır.
Qəza nəticəsində Mingəçevir şəhər sakini, 1971-ci il təvəllüdlü Əliyev Zabit Əli oğlu aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Qeyd edək ki, "Mingəçevir" - "Qaradağ Lökbatan" matçı qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Həmin qarşılaşmada Rövşən Rəcəbov baş hakim, Elmin Süleymanov və Asif Abdullayev laysmanlar, Rəsul Babayev dördüncü hakim, Ceyhun Haşımov isə hakim-inspektor olub.
21:10
Yevlaxda ağır avtomobil qəzasında ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.
azxeber.com "report"a istinadla xəbər verir ki, Tanrıqulular kəndində "Opel" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində Mingəçevir şəhər sakini, 1971-ci il təvəllüdlü Əliyev Zabit Əli oğlu aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Bakı şəhər sakinləri, 1988-ci il təvəllüdlü Elmin Vilayət oğlu Süleymanov, 1984-cü il təvəllüdlü Babayev Rəsul Sərvan oğlu, 1974-cü il təvəllüdlü Haşımov Ceyhun Səfər oğlu, 1999-cu il təvəllüdlü Abdullayev Asif Abdulla oğlu və 1984-cü il təvəllüdlü Rəcəbov Rövşən Kərim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma davam etdirilir.
20:52
Yevlax rayonunda iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, daha beş nəfər xəsarət alıb.
azxeber.com xəbər verir ki, Mingəçevir şəhər sakini aldığı xəsarətdən dünyasını dəyişib. Daha 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, xəsarət alanların futbolçular olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Sosial       Tarix: 11 dekabr 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"


yeni xeberler azerbaycan xeberleri son xeberler xəbərlər maşın realiti şou ən son xəbər son xeberler azerbaycan