Azərbaycanda futbol oyununda qalmaqal: "Kişidirsə, gəlsin çöldə söysün"
AFFA-nın təşkilatçılığı ilə keçirilən Region Liqasında növbəti dəfə biabırçılıq yaşanıb.
KONKRET.az-ın məlumatına görə, pley-off mərhələsinin "Karvan" – "Ağsu Siti" görüşündə hakim qalmaqalı baş verib.
Yevlaxdakı qarşılaşmanın əvvəllərində meydan sahiblərinin qapıçısı Amil Orucov hakimə sərt etirazına görə sarı vərəqə alıb. Bir neçə dəqiqə sonra referi su fasiləsi elan etdikdə qolkiper birbaşa tribunaya qalxaraq, matçın AFFA nümayəndəsi olan Rövşən Əhmədova yaxınlaşıb.
Futbolçu iddia edir ki, hakim meydanda onu söyüb. Bunu AFFA nümayəndəsinə çatdıran Orucov: "Kişidirsə, gəlsin çöldə söysün", – deyib və referinin ünvanına ağır təhqiramiz ifadələr işlədib. Oyunun videoyazısında da yaşananlar açıq-aydın görünür.
Maraqlıdır ki, passivində sarı vərəqəsi olan qolkiperi baş hakim meydandan qovmayıb.
Qeyd edək ki, I pley-off mərhələsinin ilk oyununda "Ağsu Siti" 2:0, cavab görüşündə isə "Karvan" 1:0 hesabı ilə qalib gəlib. Nəticədə "Ağsu Siti" 1/4 finala yüksəlib. Apasport.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu