Azərbaycanda gömrük rəisinin evinə avtomatla basqın oldu

Azərbaycanda gömrük rəisinin evinə avtomatla basqın olduTovuz və Ağstafa rayonlarında quldurluq əməli törətmiş dəstə üzvlərinə hökm oxunub.
KONKRET.az xəbər verir ki, Qazax rayon Saloğlu kənd sakini, 1972-ci il təvəllüdlü Ceyhun Əliyev (bütün soyadlar şərtidir), Ağstafa şəhər sakini, 1964-cü il Araz Babayev və Qazaxın Quşçu Ayrım kənd sakini, 1980-ci il təvəllüdlü Natiq Rzayev barəsində açılmış işə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmə prosesində bildirilib ki, adları çəkilən şəxslər 2015-ci ildə Tovuzun Cilovdarlı və 2018-ci ildə Ağstafa şəhərində avtomatla quldurluq əməli törədiblər. Onlardan Ceyhun və Natiq daha sonra ölkəni tərk edib. Bir müddət sonra Ceyhun sərhədi qanunsuz keçdiyinə görə, Natiq isə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə tutulub və məhkum edilib. Bundan sonra onların daha ağır cinayətlərdə iştirak etməsi məlum olub. Belə ki, dəstə üzvləri 2015-ci ilin 21 may tarixində Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsində maliyyə-tarif şöbəsinin rəisi Pərviz S-in Tovuzun Cilovdarlı kəndində yerləşən evinə basqın ediblər. Avtomatlı şəxslər evin xidmətçisi olan qadın vasitəsilə aldatma yolu ilə gecə saat 04 radələrində evin qapısını açdırıb mənzilə basqın ediblər. "Kalaşnikov" avtomatı ilə silahlanmış maskalı şəxslər həmin vaxt vəzifəli şəxsə və ailə üzvlərinə qarşı quldurluq edərək evdəki seyfdən 50.000 ABŞ dolları, 5 ədəd "onluq" qızıl sikkə, 2 ədəd "beşlik" qızıl sikkələri, 1 ədəd "on beşlik" qızıl sikkəni, 1 ədəd "iyirmi beşlik" qızıl sikkə və 1 ədəd "İmperial" markalı qızıl sikkəni ələ keçirərək qaçıblar.
Daha sonra dəstə üzvləri 2018-ci il 17 sentyabr tarixində Ağstafa şəhəri, 33-cü məhəllədə yaşayan iş adamı, Ağstafada aptek sahibi olan Azər Qubadovun mənzilinə avtomatla basqın ediblər. Bu hadisə zamanı evdə olan iş adamı və oğlu basqınçılara aktiv müqavimət göstərib və avtomatı Ceyhunun əlindən almağı bacarıblar. Bu zaman atəş də açılıb və xoşbəxtlikdən heç kimə güllə dəyməyib. Hadisə vaxtı Ceyhunun tutulduğunu görən dostu Araz pəncərədən qaçaraq uzaqlaşıb. Ev sahibi isə maskalı şəxsi və onun avtomatını polisə təhvil verib.
Məhkəmədə Araz və Ceyhun özlərini qeyd edilən cinayətlər üzrə qismən təqsirli bilib. Natiq isə ona şər atıldığını, quldurluq əməli törətmədiyini deyib.
İstintaq zamanı o da məlum olub ki, Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsində maliyyə-tarif şöbəsinin rəisi Pərviz S. evinə edilmiş basqından sonra cinayətin sifarişçilərini axtarıb. Bu məqsədlə o, hətta hadisənin iştirakçısı olmuş Ceyhunla da əlaqə saxlayıb və Ceyhun ona köməklik edəcəyini bildirib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2022-ci il tarixli hökmü ilə Ceyhuna 13 il 6 ay, Araz və Natiqin hər birinə 10 il 6 ay müddətinə həbs cəzası verilib.//Qafqazinfo

Hadisə       Tarix: 09 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

43 yaşlı qadın boğularaq öldürüldü: qohumu saxlanıldı

Siyəzən rayonunda 43 yaşlı qadın boğularaq öldürülüb. KONKRET.azxəbər verir ki, Siyəzən rayonunun Böyük Həmyə kənd sakini, 45 yaşlı Naqil Səmədağa oğlu Ağamalıyev qohumu, 43 yaşlı Xəyalə Muradağa qızı Ağamalıyevanı Siyəzə

İdeal dövləti necə qurmaq olar?

Səhər tezdən oyanıb bir stəkan çay içdim, Fransada və ona qonşu ölkələrdə baş verən iğtişaşlar barədə xəbərləri oxudum. Sonra ideal dövlət modelini hazırlamağa cəhd etmək qərarına gəldim. İndi yəqin ki, barmağınızı gicgahınızd

Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu

Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib. -ın məlumatına görə, rayonun İbadulla kəndində hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb. Anbardakı yük rəfləri aşıb və iki nəfər kartof yüklərinin altınd

Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Ərəzin kəndi ərazisində üç avtomobilin iştirakı ilə qeydə alınıb. Baş vermi

Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı

Biləsuvar rayonunda əlverişsiz hava şəraiti elektrik enerjisinin verilişində fasiləyə səbəb olub. xəbər verir ki, ildırım elektrik dayağının izolyatorunu vurub. Nəticədə elektrik təchizatında yaranan problem səbəbindən rayonu

Azərbaycan vətəndaşlarının da olduğu gəmi batdı: ölən var – Təfərrüat

"Qəmər adalarının bayrağı altında üzən və batmaq təhlükəsi ilə üzləşən "Nava Khoryv" kiçik neft tankerinin kapitanı müvafiq qaydada yardım istəyib. İddiaya görə, saat 10:00-da o, Rumıniya hakimiyyət orqanların

SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA

Türkiyənin qərb hissəsində, xüsusən də İstanbul və Kocaelidə bir müddətdir davam edən güclü yağışlar subasmaya və sellərə səbəb olub. Bunun nəticəsində böyük dağıntılar qeydə alınıb, bir neçə nəfər həyatını itirib. Qeyd edə

Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı

Xankəndidə 24 yaşlı gəncin üzərindən narkotik vasitə aşkarlanıb. -a istinadən xəbər verir ki, 24 yaşlı Sahib Rzayev (şərti) Xankəndi şəhərində polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində aparılan yoxlama zaman

"Mərdəkanlı Amin"in qardaşı ilə bağlı QƏRAR

Paytaxtın Xəzər rayonunda yaxın qohumunu güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Pərviz Xudaverdiyev və onun əmisi oğlu Seymur Xudaverdiyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası baş


son xeberler azerbaycan xeberleri yeni xeberler novruz bayramı valyuta mezennesi banklar iqtisadiyyat xeberleri bugun sou xeberler bugun