Azərbaycanda hərbi xidmət müddəti azaldılır? - AÇIQLAMA

Azərbaycanda hərbi xidmət müddəti azaldılır? - AÇIQLAMAAzərbaycan Silahlı Qüvvələrinin Türkiyə ordusu modelinə uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir. Bu tətbiqetmənin hansı səviyyədə olması barədə müxtəlif müzakirələr gedir. Diqqətçəkən məqamlardan biri də qardaş ölkədə olan ödənişli hərbi xidmətin Ordumuza gətirilməsi ehtimalıdır.
azxeber.com xəbər verir ki, mövzunu Globalinfo.az-a şərh edən hərbi-siyasi ekspert Telman Qasımovun sözlərinə görə, hərbi sahədə Türkiyə modelinə keçmək hər şeyi olduğu kimi tətbiq etmək anlamına gəlməməlidir.
O, iki ölkənin əhali sayı arasındakı fərqi müqayisə edib:
"Türkiyənin əhali sayı 85 milyon, Azərbaycanda isə 10 milyondur. Həmin 85 milyonun arasında ödənişli hərbi xidmətə gedənlərin də olması mümkündür, 3 və ya 6 aylıq xidmət edənlərin də. Amma Azərbaycanda bu, mümkün deyil, çünki sayımız azdır. Bundan başqa, Azərbaycan 30 ildir ordu formalaşdırır, Türkiyədə isə ordu sistemi yüzillərdir formalaşıb. O baxımdan mütləq deyil ki, hər şeyi tətbiq edək".
T.Qasımov Azərbaycanda hərbi xidmətin nə zamansa ödənişli olacağına inanmadığını bildirib:
"Sərhədlərimizdə İran və Ermənistanın olduğunu nəzərə almalıyıq. Sülh müqaviləsi imzalanmayıb, bəzi məsələlər hələ həllini tapmayıb. Demək olar ki, Azərbaycan hazırda da müharibə vəziyyətindədir. Nə qədər ki sülh müqaviləsi imzalanmayıb, sərhədlər delimitasiya olunmayıb, anklavlar geri qaytarılmayıb, biz yarısülh, yarımüharibə vəziyyətində sayılırıq. Həm bu vəziyyəti, həm də əhalinin sayını nəzərə alsaq, Türkiyədə ödənişli hərbi xidmət tətbiq etmək mümkündür, bizim üçün isə yox. Azad olunan torpaqlarımızı qorumaq, orada xidmət keçmək lazımdır".
Hərbi-siyasi ekspertin sözlərinə görə, Türkiyə modelinə keçid NATO sisteminə keçmək deməkdir:
"Yeni modelə keçmək yalnız şəxsi heyətin formalaşması deyil, həm də onların ordusunda olan nizam-intizamın, döyüş hazırlıqlarının bizdə də tətbiqi, hərbi məhsulların istehsalı deməkdir. Yəni burada hərbi sənayenin inkişafı da yer alır".

Sosial       Tarix: 12 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir


yeni xeberler azerbaycan xeberleri son xeberler bu gunun xeberleri sou xeberler ən son xeberler bugünki xəbərlər