Azərbaycanda meymunçiçəyinə yoluxmuş şəxslə bağlı İLGİNC FAKT

Azərbaycanda meymunçiçəyinə yoluxmuş şəxslə bağlı İLGİNC FAKT"Meymunçiçəyində virus daha çox cinsi əlaqədən sonra bir nəfərdən digərinə ötürüldüyü üçün səpgilərin həmin nahiyədə, yəni cinsi orqan və ətrafında yaranması ehtimalı xarakterikdir".
KONKRET.az Lent.az-a istinadla xəbər verir ki, bu sözləri Azərbaycanda ilk dəfə meymunçiçəyinə yoluxma faktını aşkarlayan, dermatoloq, həkim Mehdi İskəndərli deyib.

Həkim qeyd edib ki, həmin şəxs daha öncə bir neçə dəfə fərqli şikayətlərlə qəbulunda olub: "Pasiyent bu dəfə bizim klinikaya yanvarın 17-də səhər saatlarında müraciət etdi. Onun ümumi vəziyyəti, demək olar ki, kafi idi. Xəstə əzələ ağrısı, limfa vəzilərində böyümə şikayətləri ilə bizə müraciət etmişdi. Müayinə əsnasında onun cinsi orqan bölgəsində göbəklənən vezikulyasiya dediyimiz orta hissəsi çökmüş su qabarcıqları ilə dolu səpgilərin yarandığı məlum oldu. Bu səpgilər birincili herpes, suçiçəyinə bənzəsə də, anamnestik məlumatlar işığında daha çox meymunçiçəyi virusundan şübhələndik. Eyni zamanda, xəstəyə infeksionistin qəbulunda olmağı da məsləhət gördük. Həmin gün təxminən axşam saat 18 radələrində nəzarətdə saxladığım xəstənin nəticələri bəlli oldu və onun meymunçiçəyi virusuna yoluxduğu aşkarlandı.".
Mehdi İskəndərli vurğulayıb ki, sözügedən şəxs iki həftə öncə xarici ölkədə turistik məqsədlə səfərdəykən dərisində su qabarcıqları şəklində səpgilər olan biri ilə təmasda oldub: "Bu məlumatların üstünə klinik əlamətləri də nəzərə aldıqda xəstənin meymunçiçəyinə yoluxduğunu ehtimal etdik".

Sağlamlıq       Tarix: 24 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

Vərəm xəstələrinə görüntülü zəng məcburiyyəti: NECƏ OLACAQ?

Vərəm xəstələrinin dərman qəbuluna nəzarət məqsədilə görüntülü zənglər vasitəsilə yoxlanılması bəzi pasiyentlərin narazılığına səbəb olub. Belə ki, evində internet olmayan, yaxud internet paketi almağa maddi imkanı çatmaya

Qazaxıstanın ən yaşlı qadınının sirri nədə idi?

Qazaxıstanda respublikanın ən yaşlı qadını Tuymequl Temirbayeva vəfat edib. Onun 116 yaşı var idi. KONKRET.azoxuaz-a istinadən bildirir ki, bu barədə "Kazinform" nəşri Ulıtau vilayətinin administrasiyasına istinadə

Temperatur dəyişir, sağlamlıq risk altına düşür? – Terapevtdən XƏBƏRDARLIQ

Havanın temperaturunun dəyişməsi orqanizmin uyğunlaşma mexanizmlərinə təsir göstərməklə xüsusilə yaşlı insanlar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər üçün müəyyən sağlamlıq riskləri yarada bilər. Belə hava şəraitind

Qrip niyə həftələrlə sağalmır? – Həkim səbəbləri açıqladı

Adətən qripə yoluxan insanlarda xəstəliyin simptomları bir neçə gün ərzində zəifləyir və tədricən aradan qalxır. Lakin son dövrlər yayılan qripəbənzər virus infeksiyalarından sonra öskürək, boğaz ağrısı və halsızlıq kim

Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR 

Akademik tibbə meydan oxuyan tibb bacısı: Elizabet Kenni necə məşhurlaşdı?. Heç düşünmüsünüzmü, yüksək elmi dərəcələri olmayan, lakin böyük şəfqətə, müşahidə qabiliyyətinə və akademik doqmalara qarşı çıxmaq cəsarətinə mali

Qrip və viruslar yayılır: Özümüzü necə qoruyaq? – Həkimdən AÇIQLAMA

Havaların soyuması ilə ölkədə bir sıra yolxucu respirator viruslara yoluxma halları da artır. Bu isə cəmiyyətdə narahatlıqların yaranmasına səbəb olur. Bəzən insanlar qrip və digər bu kimi virusları o qədər kəskin keçirirlə

Bazarlarda göbələk təhlükəsi: Bu əlamətləri görsəniz, almayın

Bazarlarda göbələk mövsümünün başlaması ilə bu məhsula tələbat artır. Lakin göbələk alarkən diqqətsizlik istehlakçıların sağlamlığı üçün ciddi təhlükə yaradır. Xüsusilə köhnəlmiş, düzgün saxlanılmamış və ya zəhərli növlərl

"Aquşa" ilə bağlı xoşagəlməz fakt - XƏBƏRDARLIQ

Uşaqlar üçün nəzərdə tutulan populyar süd məhsulunun körpələr üçün potensial təhlükəli olduğu üzə çıxıb. "Baza" Telegram kanalına istinadən xəbər verir ki, söhbət tərkibində normadan artıq kalsium aşkar edilən "Aquşa"

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy


son xeberler azerbaycan xeberleri yeni xeberler krminal bu gun xəbərlər.com maliyye xeberler bugun son xeber az