Azərbaycanda Milli Qəhrəmanın qardaşı həbsdə öldü
Azərbaycanın Milli Qəhrəmanı, polis İmamverdi Əliyevin qardaşı Hənifə Əliyev həbsxanada vəfat edib.
KONKRET.az Publika.az-a istinadən xəbər verir ki, 2011-ci ildə yaşadığı İmişli rayonunun Qulubəyli kəndində bələdiyyə sədrinin oğlu Mirnahid Nağıyevi güllələyərək qətlə yetirən Hənifə Əliyev dünyasını dəyişib.
Bildirilir ki, H.Əliyev cəza çəkdiyi həbsxanada xəstəlik səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, 2011-ci ilin 16 iyul tarixində H.Əliyev oğlu ilə birgə həmkəndlisi, yetkinlik yaşına çatmayan 1995-ci il təvəllüdlü Nağıyev Mirnahid Qalib oğlunu kustar üsulla hazırlanmış odlu silahla qətlə yetirib.
Mirnahid Nağıyev aldığı güllə yarası ilə İmişli Rayon Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
N.Nağıyev başından aldığı güllə yarasından dünyasını dəyişib. Qətl hadisəsi kənddə balıqçılıq təsərrüfatı üçün nəzərdə tutulan süni gölün yanında baş verib. Bundan sonra H.Əliyev və oğlu hər biri 13 il 6 ay həbs cəzasına məhkum edilib.

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi