Azərbaycanda oğul atasının qətlini belə sifariş edibmiş... - Vatsap yazışmaları

Azərbaycanda oğul atasının qətlini belə sifariş edibmiş... - Vatsap yazışmalarıİmişli sakini Xələf Fərəcovun oğlu tərəfindən qətlinin sifarişi edilməsi ilə bağlı daha bir nəfərin məhkəmə prosesi başa çatıb.
KONKRET.azxəbər verir ki, sözügedən hadisəyə görə məsuliyyətə cəlb olunan dördüncü şəxs – Vüsal Məmmədovun cinayət işinə Lənkəran Ağır Cinaytlər Məhkəməsində baxılıb.
Məlum olub ki, Fəqan Fərəcov tamah niyyəti ilə atasını öldürmək üçün sifariş verdiyi icraçılara 60 000 manat boyun olub.
Əvvəlcə onu bildirk ki, Fəqan atasını öldürmək üçün tanışı İlkin Hüseynovla əlaqə saxlayaraq, bu sifarişi icra edə biləcək şəxsin tapılmasını istəyib. Bu zaman İlkin Belarusiyada yaşayan Vüsal Məmmədovu tapıb. Telefon danışığı zamanı İlkin Vüsala bu işin tək adamın görə bilməcəyini bildirib, ondan əlavə icraçı tapılmasını xahiş edib. Nəticədə Xələf Fərəcovun qətlində iştirak edəcək şəxs qismində Fariz İsmayılovla əlaqə saxlanılıb, ondan razılıq alınıb.
Razılaşmaya görə, 60 min manatın 30 mini icraçıya çatmalı, qalan məbləğ isə İlkinlə Vüsal arasında bölünməli idi. Cinayət planmasına əsasən, elə görüntü yaratmaq lazım imiş ki, guya Xələf Fərəcov bədbəxt hadisə nəticəsində – elektrik cərayanı vurmasından ölüb.
Qruplaşma arasındakı razılaşmaya əsasən, İlkin Hüseynovla Fariz İsmayılov İmişliyə, zərərçəkən şəxsin yaşadığı ünvana yollanıblar. İcraata başlayan zaman qonşulardan birinin öz evindən çıxaraq küçə ilə hərəkət etməsi cinayətkarları ifşa olunma qorxusu ilə üz-üzə qoyub. Buna görə də onlar öz istəklərindən asılı olmayaraq, cinayət əməlini başa çatdırmayıb və hadisə yerindən qaçmaq məcburiyyətində qalıblar.
Bundan sonra sifarişçi ilə icraçılar arasında gərginlik yaranıb. Fəqan bu vatsap yazışmasında İlkinə etirazını bildirib:
"Ə qəsəbədə nə axtarırsan, ay İlkin? Sən orda iş görürsən. Qəsəbədə nə axtarırsan, qardaş? Özünü "palit" eləyə-eləyə gedirsən. Qardaş, başına dönüm, bu iş sənlik deyil, konkret olaraq sənlik deyil. Böyründəki də səndən xamdı. "Uje" üçüncü səfərdi e, siz məni yandırırsız. Üçüncü səfər oldu. "İqruşka" oynayırsız, ə? Çağır, o adama denən ki, (Vüsal Məmmədovu nəzərdə tutur – red) onu kim yollayıb bura. Denən özü gəlib işi görür görsün, görmürsə, mən oyuncaq deyiləm. Mən bir ətək pul verməmişəm ki, gedib mənə xamı gətirə, məni yandıra ortada. Çağır, ona denən ki, özü gəlib işi görür görsün".
Bundan əvvəl isə Fəqanla İlkin arasında aşağıdakı yazışma gerçəkləşib:
İlkin yazıb:
"Qaqa, o sən dediyin tərəfdə ağac qırıntıları var. Səs-küy çox olur orada. Dəhşət e. Gözlədik bir az ki, şey eləyək. O "Niva" tərəfdən Allaha and olsun, gecə saat 4 idi. Bir qaqaş çıxdı. Gəldi biz tərəfə. Elə biz də fırlandıq şeyə tərəf – yola tərəf, sağa döndük, maşın gözləyirik guya. Gəldi, elə yanımızdan keçdi, bir-iki dəfə də arxaya baxdı, getdi. Heç nə də, dedik, birdən nə isə zibili çıxar, eləyər, çıxdıq, gəldik. Buralardayıq də indi hələ ki. Şey eləyirik – səndən bir şey gözləyirik, görək nağaraq, neynəyək? Saat neçədə gedəcəyik?"
Fəqan isə belə cavab verib:
"Əsas indidi. Alınsa, keçə bilsəz, şunurunuzu qoşmursunuz ha? Çünki saat 5-də zadda, 6-nın yarısı çıxıb gedəcək də. Onda hava işıqlı olacaq. Onda qoşarsız. İndi qoşma. Çünki görünəcək. Şunuru tanıyır. O da "uje" şübhə yaradır. Şunur-zad qoşma. Get otur, dincəlin. Arxaya getməyə ehtiyac yoxdu ha, orda şeyin – "padval"ın altında otura bilərsən, bəridə. Qaqa, hansınız həyətə keçsəz, qapının dalını açmağa gələndə o yana-bu yana baxsın, diqqətli olsun həyətdə bir az. Yəni elə o dəqiqə yüyürüb gəlib şey eləməsin də – qapını açmasın. İçəridən bir az diqqətli olsun, dalına-qabağına baxsın. Olmağa heç kim olmayacaq".
Qeyd edk ki, bu cinayət işinə görə əvvəlcə Fərəcov Fəqan Xələf oğlu, Hüseynov İlkin Yavər oğlu və İsmayılov Fariz Eldar birgə mühakimə olunub. Vüsal Məmmədov isə hadisədən sonra Belarusa qaçıb. Lakin o, sonradan tutularaq Azərbaycana gətirilib. Məhkəmənin hökmünə əsasən, Vüsal Məmmədov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.//Xitab24.az

Hadisə       Tarix: 23 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

Xəbər verdiyimiz kimi, Baş Prokurorluq Türkiyənin 7 vətəndaşına qarşı cinayət işi açıb ki, onlardan da biri Fateh Tezcandır. -a istinadən xəbər verir ki, Fateh Tezcan 1976-cı ildə İstanbulun Bakırköy rayonunda anadan olub

Kişi arvadını və 3 yaşlı uşağını bıçaqladı

Lənkəran şəhərində kişi həyat yoldaşına və azyaşlı oğluna bıçaqla xəsarət yetirib. KONKRET.azTeleqraf-a istinadla xəbər verir ki, hadisə şəhərin Zərifə Əliyeva küçəsində, "Müəllimlər Binası" kimi tanınan yaşayı

Bakıda məktəb mühafizəçisinə hücum edildi

Bakının Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində mühafizəçiyə hücum edilib. xəbər verir ki, bir qrup şəxs məktəbin çöl divarına ekstremist şüarlar yazmağı planlaşdırıb. Bu zaman onlarla məktəbin mühafizəçisi arasınd

Bakıda minik avtomobili atla toqquşdu

Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub. KONKRET.azxəbər verir ki, hadisə saat 16 radələrində Murad Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində baş verib. Hadis

Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ

Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini, polis mayoru Fərəc Yusif oğlu Həsrətov ölüb. "Trend"ə istinadən xəbər verir ki, Fərəc Həsrətov bir müddət əvvəl xidməti vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə ilə üzləşib

Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi

Bərdə Rayon Mərkəzi Xəstəxanasında qeyri-tibb işçisi (sanitar qadın) pasiyentə qarşı fiziki şiddət göstərib. xəbər verir ki, sanitar köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döyüb. Bildirilib ki

Qaradağda məktəb direktorunun maşını yandırıldı

Qaradağ rayonunda orta məktəb direktorlarından birinin maşını yandırılıb. KONKRET.azapa-ya istinadən xəbər verir ki, yaxınlıqda uşaqlar da olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Bu fakt bir daha onu nümayiş etdirir ki

Kürdəmirdə qatar 50 yaşlı kişini vurub öldürüb? - YENİLƏNDİ 

"Azərbaycan Dəmir Yolları" QSC hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb:

SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA

Türkiyənin qərb hissəsində, xüsusən də İstanbul və Kocaelidə bir müddətdir davam edən güclü yağışlar subasmaya və sellərə səbəb olub. Bunun nəticəsində böyük dağıntılar qeydə alınıb, bir neçə nəfər həyatını itirib. Qeyd edə


azerbaycan xeberleri yeni xeberler son xeberler bu gunun xeberleri haqqinda melumat enson xeberler novruz bayramı xeber saytlari