Azərbaycanda olan erməni əsirlərin dəyişdirilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA

Azərbaycanda olan erməni əsirlərin dəyişdirilməsi ilə bağlı MÜHÜM AÇIQLAMAAzərbaycan sərhədini qanunsuz keçməyə cəhd göstərən və təxribat törədən erməni diversantlara 11 il, 6 ay hökm oxundu.
Beləliklə düşmənin təxribata cəhd edən diversiya qrupu öz layiqli cəzasını aldı. İndi ən çox müzakirə edilən mövzu erməni diversantların yolu azaraq əsir düşən azərbaycanlı hərbçilərlə dəyişdirilib-dəyişdirilməyəcəyi ilə bağlıdır. Bəs görəsən, cinayət törədən erməni diversantlarla yolu azaraq Ermənistan tərəfə keçən azərbaycanlı hərbçilərin dəyişdirilməsi mümkündürmü və bu, nə dərəcədə doğru olar?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Əlimusa İbrahimov məhkəmənin qərarı ilə erməni diversantların öz layiqli cəzalarını aldıqlarını bildirib:
"Onlara açılan cinayət işi üzrə istintaq davam etdiyi vaxtda erməni diversantların azərbaycanlı əsirlərlə dəyişdiriləcəyi haqda fikirlər səsləndirilirdi. Çünki bizim əsirlərə də Ermənistan məhkəməsi tərəfindən həbs cəzası verilib. Baxmayaraq ki, Azərbaycan hərbçiləri yolu azaraq düşmən tərəfə keçmişdilər. Azərbaycanın Ermənistanla apardığı danışıqlara rəğmən düşmən tərəfi yolu azaraq əsir düşən hərbçilərimizi bizə verməkdən imtina etdi. Hesab edirəm ki, Azərbaycan dövləti əsir düşən hərbçilərimizin Azərbaycana gətirilməsi istiqamətində ciddi iş aparır. Onlar gec-tez öz vətənlərinə qayıdacaqlar".
Politoloqun sözlərinə görə, azərbaycanlı hərbçilərin erməni əsirlərlə dəyişdiriləcəyi, yaxud məsələnin başqa yollarla həll olunacağı sual altındadır: "Əgər əsirlərin dəyişdirilməsi məsələsi ortaya çıxsa, bu, Azərbaycanda olan və ciddi şəkildə cinayət törətməyən ermənilərlə baş verə bilər. Yəni ciddi cinayət törətməyən erməni əsirlərlə mübadilə mümkündür. Bu, gözləniləndir. Çünki Azərbaycan dövləti öz vətəndaşlarının və əsgərlərinin erməni əsirliyində qalmasına razı olmayacaq. Hesab edirəm ki, düşmən tərəfi erməni diversantlara hökm oxunduğunu öyrənən kimi əsirlərin dəyişdirilməsi ilə bağlı danışıqlara başlamaq istəyəcək".
Müşviq Tofiqoğlu,
KONKRET.az

Siyasi       Tarix: 08 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu


son xeberler azerbaycan xeberleri yeni xeberler bugünkü son xəbərlər xeber.az 2026 sonxeberler cəbhədən son xəbərlər