Azərbaycanda pullu yoldan istifadə qaydası AÇIQLANDI
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yola iki cür hərəkət zolağı var. Onlardan biri sürətli keçiddir, digəri isə adi keçiddir.
azxeber.com report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bu gün ödənişli avtomobil yolun açılışı ilə bağlı keçirilən tədbirdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
A.Nəcəflinin sözlərinə görə, adi zolaqlarda sürücü məntəqə yaxınlaşaraq xüsusi çipli kartları əldə edir və yoldan istifadə etmək hüququ qazanır.
O bildirib ki, əldə edilən kartlara müəyyən balans yerləşdirilir: "Adi keçiddən istifadə edən sürücü ödənişli yola girdiyi və çıxdığı vaxta qədər qət etdiyi məsafəyə uyğun olaraq ödəniş həmin balansdan çıxılır. Sürətli keçiddə isə öncədən əldə edilmiş xüsusi çipli kartlar avtomobilin alın şüşəsinə yapışdırılır. Sürücü məntəqəyə yaxınlaşdıqda orada yerləşdirilən sistem avtomobili tanıyır və heç bir maneə olmadan sürücü gəldiyi sürətlə yoluna davam edə bilir".
Qurum rəsmisi qeyd edib ki, bu yolun giriş-çıxış nöqtələri ilə yanaşı, iri yaşayış məntəqələrinə daxil olmaq və çıxmaq üçün də dörd məntəqə fəaliyyət göstərir:
"Bunlar Giləzi, Siyəzən, Qəndob və Xaçmaz məntəqələridir. Giriş və çıxış hissələrində adi və sürətli keçidlər mövcuddur. Digər kiçik məntəqələrdə bu hibrid zolaqlardır, hər ikisindən istifadə etmək mümkündür".
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi