Azərbaycanda qəbiristanlıqda silahlı İNSİDENT

Azərbaycanda qəbiristanlıqda silahlı İNSİDENTTovuz rayonu Rəhimli kəndində yerləşən qəbiristanlıqda silahlı insident baş verib.
KONKRET.az xəbər verir ki, Publika.az-ın məlumatına görə, kənd sakini, 1982-ci il təvəllüdlü Qədir Qədirov sərxoş halda qəbiristanlığa gedərək oradakı daş sexinin əməkdaşına məxsus "Mercedes" markalı avtomobili atəşə tutub. Nəticədə avtomobilə 1605 manat dəyərində ziyan dəyib.
Q.Qədirov saxlanılıb. Ondan "Vinçestr" tipli, 12 mm kalibrli, "Escort" modelli yivsiz odlu ov silahı götürülüb.
Araşdırmalar zamanı məlum olub ki, bir neçə ay əvvəl Qədirin atası vəfat edib.
O, Nizaməddin adlı ustaya atasının məzarı üçün başdaşı sifariş verib. Usta ona 40 mərasiminədək daşı təhvil verəcəyini bildirib. 40 günün tamam olmasına 5 gün qalmış Qədir sərxoş halda ustaya zəng edib və daşı yerinə qoymasını tələb edib. O, daha sonra silah götürərək qəbiristanlığa gedib və Nizaməddinə məxsus olduğunu düşündüyü avtomobilə 2 dəfə atəş açıb.
Sonradan məlum olub ki, avtomobil başqa ustaya məxsus imiş.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü (silah tətbiq etməklə xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Rayon məhkəməsinin 18.01.2024-cü il tarixli hökmü ilə o, 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Hadisə       Tarix: 27 yanvar 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

BMV VAZ-la toqquşdu: 1 ölü, 4 yaralı

Salyanda yol qəzası baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Qırxçıraq kəndi ərazisində qeydə alınıb. BMV və VAZ markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, 4 nəfər – Neftçala rayon sakinlər

Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi

Albaniya parlamentində hakim Sosialist Partiyasının və müxalif Demokratik Partiyanın deputatları arasında əlbəyaxa dava düşüb.   "Politics" nəşrinə istinadən xəbər verir ki, hadisə parlamentin cümə axşamı keçirilə

Göyçayda 26 min manatlıq oğurluq: kürəkən və qayınata tutuldu

Göyçay rayonu ərazisində silsilə oğurluqlar edilib. KONKRET.azxəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, evlərə daxil olan naməlum şəxslər 24 min manatdan artı

Bakıda yaşayış binasında uçqun

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən binada uçqun baş verib. -ınəldə etdiyi məlumata görə, hadisə bu gün saat 17:40-da Nazim Hacıyev küçəsində qeydə alınıb. Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanı

Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ

Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini, polis mayoru Fərəc Yusif oğlu Həsrətov ölüb. "Trend"ə istinadən xəbər verir ki, Fərəc Həsrətov bir müddət əvvəl xidməti vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə ilə üzləşib

Bakıda qayınana gəlinini döydü: cinayət işi açıldı

Bakıda qayınana gəlinini döyüb. -a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində baş verib. 46 yaşlı Zəhra Tağıyeva (şərti adla) yaşadıqları evdə döşəmə silən taxta ilə gəlininin alnına və əllərinə zərbələr vurub

Ovçuluq təsərrüfatında güclü yanğın başladı

Cəlilabad rayonunda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb. report-a istinadla xəbər verir ki, hadisə rayon ərazisindəki Zəvvar ovçuluq təsərrüfatında qeydə alınıb. Artıq bir neçə saatdır davam edən yanğın təsərrüfatı

Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-nin mətbuat xidmətində

Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi

Zaqatalada avtomobil piyadanı vurub. -a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Rusiyalı sürücünün idarə etdiyi Gürcüstana məxsus iri yük avtomobili (TIR) Zaqatalanın Faldarlı kənd sakini 66 yaşl


son xeberler azerbaycan xeberleri yeni xeberler bugünkü son xəbərlər valyuta mezennesi sou xeberler ən son xeberler