Azərbaycanda qızını zirzəmidə saxlayan ataya bu cəza verildi

Azərbaycanda qızını zirzəmidə saxlayan ataya bu cəza verildiMingəçevir Şəhər Məhkəməsində əqli geriliyi olan 19 yaşlı qızına əzab verən, onu zirzəmidə və həyətdə boruya bağlı halda saxlayan atanın məhkəməsi keçirilib.
KONKRET.az xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 1978-ci il təvəllüdlü Ü.Bədəlov Cinayət Məcəlləsinin 133.2.4, 133.2.6 və 145.2.5-ci (Əzab vermə – köməksiz vəziyyətdə olan şəxsə qarşı işgəncə verməklə törədildikdə və qanunsuz azadlıqdan məhrumetmə – zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) maddələri ilə təqsirləndirilib. Məhkəmənin hökmü ilə Ü.Bədəlov 3 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. İstintaq və məhkəmə prosesi dövründə ev dustaqlığında olan şəxs məhkəmə zalındaca həbs edilib.
Məhkəmədə bildirilib ki, 4 uşaq atası olan Ü.Bədəlov 2022-ci il tarixdən etibarən orta dərəcəli əqli gerilik davranış pozğunluğu və "kaxeksiya" diaqnozu qoyulmuş qızına  tibbi kömək göstərilməsi və lazımi şəraitdə saxlanılması üçün mümkün ola biləcək ixtisaslaşdırılmış tibb müəssəsilərinə müraciət etməyib. O, qızının keçirdiyi psixoloji xəstəlik səbəbindən 2022-ci ildən etibarən digər ailə üzvlərinin də ona qulluq göstərilməsinin qarşısını alaraq, keçirdiyi psixoloji xəstəliyinə görə qızını günahlandırıb. Ü.Bədəlov qızını mütəmadi döyərək xəsarətlər yetirib, onu evinin zirzəməsində pis qoxulu, qaranlıq yerdə aclığa və digər qeyri-insani rəftara məruz qoymaqla, həmçinin həyətdə dirəyə bağlamaqla saxlayıb.
Ü.Bədəlov ifadəsində qızının keçirdiyi psixoloji xəstəlikdən sonra evdəki əşyalara tez-tez ziyan vurduğunu, həyətdən çıxıb qaçdığını və məcbur qalıb onu qapalı zirzəmidə saxladığını, həmçinin həyətdə dirəyə bağladığını deyib.

Hadisə       Tarix: 11 may 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qəzada ölən Elşən bu qurumun əməkdaşı imiş – FOTO

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. KONKRET.azbildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirə

Sumqayıtda əməliyyat: "falçı" saxlanıldı

Sosial şəbəkələrdə "falçılıq" və "baxıcılıq" adı altında vətəndaşların aldadılaraq pul vəsaitlərinin ələ keçirilməsi barədə polisə müraciətlər daxil olub. KONKRET.azxəbər verir ki, Sumqayıt şəhərində polisi

Su bidonuna düşən 7 yaşlı uşaq öldü

Şamaxıda bədbəxt hadisə baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Şamaxının Çuxuryurd kəndində qeydə alınıb. Kənd sakini, 7 yaşlı S.Samıyev yaşadığı Çuxuryurd kəndindəki evin həyətində su ilə dolu olan bidona düşməs

Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı

Biləsuvar rayonunda əlverişsiz hava şəraiti elektrik enerjisinin verilişində fasiləyə səbəb olub. xəbər verir ki, ildırım elektrik dayağının izolyatorunu vurub. Nəticədə elektrik təchizatında yaranan problem səbəbindən rayonu

Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU

Bakıda yeniyetmə oğlan bıçaqlanıb. KONKRET.azxəbər verir ki, 2011-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.Rəhimli döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Onun hansı şəraitdə bıçaqlandığı məlum deyil

İsrail təyyarəsində bomba həyəcanı

Kiçik uşaqlar canavarlar üçün ən asan ov hesab olunur. xəbər verir ki, bu barədə mütəxəssis, zooloq Mixail Kreçmar danışıb. "Ən həssas qrup yeriməyi öyrəndikləri vaxtdan 8–10–12 yaşlarına qədər olan uşaqlardır. Onla

Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu

Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib. -ın məlumatına görə, rayonun İbadulla kəndində hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb. Anbardakı yük rəfləri aşıb və iki nəfər kartof yüklərinin altınd

"Mərdəkanlı Amin"in qardaşı ilə bağlı QƏRAR

Paytaxtın Xəzər rayonunda yaxın qohumunu güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Pərviz Xudaverdiyev və onun əmisi oğlu Seymur Xudaverdiyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası baş

İmran Əliyevə 12 il iş istənildi

"Məclis.info" saytının rəhbəri İmran Əliyev, ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın cinayət iş üzrə məhkəmənin növbəti prosesi keçirilib. xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində haki


yeni xeberler son xeberler azerbaycan xeberleri sou xeberler bugun novruz bayramı xeber az maşın realiti şou