Azərbaycanda sabiq məhkəmə hakimi vəfat etdi - FOTO
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sabiq hakimi Fəxrəddin Məmmədov vəfat edib.
azxeber.com "E-huquq.az"a istinadən xəbər verir ki, sabiq hakim bu gün 65 yaşında ürəktutmasından dünyasını dəyişib.
Qeyd edək ki, F.Məmmədov 1990-cı ildən 2000-ci ilədək Şahbuz Rayon Məhkəməsinin hakimi kimi çalışıb. O, 2000-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin hakimi olub.
F.Məmmədov ötən ilin oktyabr ayında təqaüdə göndərilmişdi.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]