Azərbaycanda siqaret niyə bahalaşır?

Azərbaycanda siqaret niyə bahalaşır?Son günlər Bakıda bəzi mağazalarda siqaret qıtlığı yaşanır.
Alıcılar hesab edir ki, bu, siqaretin yaxın günlərdə bahalaşacağından xəbər verir.
Onların fikrincə, ölkədə tütün məmulatlarının qıtlığı yoxdur, sadəcə mağazalar malları qiymətlər artandan sonra satmaq istəyirlər. Bununla belə, siqaret satışını həyata keçirən mağazalar da var və onlarda qiymətlərin əvvəlki günlərlə müqayisədə təxminən 10 qəpik artdığı hiss olunur.
KONKRET.az xəbər verir ki, "Report" vəziyyətlə bağlı araşdırma aparıb.
"Həqiqətən, qiymət artımı var"
"Azərbaycan Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Rövşən Şərifov qiymətlərin az da olsa artdığını etiraf edir. Onun sözlərinə görə, bahalaşma Rusiya-Ukrayna müharibəsi ilə bağlı ola bilər: "Müharibə logistikada problemlər yaradıb və tütün ticarətində təsirini göstərib".
Bundan başqa, sədr hesab edir ki, siqaret həm də bəzi işbazların fəaliyyəti nəticəsində bahalaşıb: "Onlar hiss edirlər ki, bazarda hansı siqaret daha çox satılır, buna görə də kütləvi şəkildə həmin məhsulu alıb bazarda qıtlaşdırırlar, daha sonra növbəti partiyada yüksək qiymətlə satışa çıxarırlar".
"Səbəb müharibədir"
Milli Məclisin üzvü, ölkənin aparıcı siqaret istehsalçısı – "European Tabacco Baku" şirkətinin vaxtilə sahibi olmuş Rüfət Quliyev də bahalaşmanın səbəbini Rusiya və Ukrayna arasında gedən müharibədə görür: "Siqaretin istehsalı üçün 27 komponent lazımdır. Bunların bir çoxu Ukraynadan, bir qismi isə Rusiyadan gətirilir. Təbii ki, müharibə böyük problemlər yaradır. Hazırda Ukraynanın özündə belə tütün məmulatlarının istehsalında çətinliklər yaranıb. Oradakı zavod və fabriklər normal işləyə bilmirlər".
"Çətinliklər var"
"Japan Tobacco International" şirkətinin Azərbaycandakı nümayəndəliyinin Korporativ əlaqələr və kommunikasiya üzrə meneceri Ayxan Şıxlı isə hesab edir ki, qiymət artımı bazardakı çətinliklərlə bağlıdır və daha çox sünidir: "Hazırda "Sobranie", "Winston" və JTİ şirkətinə məxsus digər brendləri lisenziya əsasında "Tabaterra" QSC istehsal edir. Bizim məhsulların istehsalı üçün tələb olunan xammallar Ukraynadakı fabriklərimizdən təchiz olunurdu. Müharibəyə görə mart ayından bəri təchizat regionda yerləşən digər ölkələrdən, əsasən Türkiyədən həyata keçirilməkdədir. Logistika sahəsində çətinliklər yaşanmaqdadır və bu səbəbdən brendlərimizin xammallarının təchizat ölkəsi üzrə dəyişiklik prosesi daha çox vaxt tələb edir. Partnyorumuz "Tabaterra" ilə birlikdə təchizat zəncirinin və istehsal prosesinin tam olaraq bərpa edilməsi üçün bütün gücümüzü səfərbər etmişik. Bu o deməkdir ki, yaxın zamanlarda ölkə üzrə JTİ brendlərinin təminatı ilə bağlı çətinlik tam olaraq aradan qaldırılacaq".
Xatırladaq ki, bu ilin ilk 4 ayında Azərbaycan xaricdən 12,1 milyon ABŞ dolları dəyərində 828 ton çəkməli tütün (emal olunmuş tərkibində tütün əvəzediciləri olan və ya olmayan) alıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə azdır. İdxal mallarının 83 %-i Ukraynadan gətirilib.
Bu il mart ayının 28-də Nazirlər Kabineti "Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edib. Qərara əsasən, istehsal məqsədli çəkməli tütün gələn ilin sonuna qədər spesifik idxal rüsumlarının tətbiqindən azad edilib. Qərar daxili bazarda yerli istehsalda istifadə olunan tütünün mümkün çatışmazlığının, habelə qiymət artımının qarşısının alınması və yerli tütün emalı sənayesinin aralıq məhsullarla təminatının mövcud səviyyəsinin qorunub saxlanılması məqsədilə hazırlanıb.

Sosial       Tarix: 04 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar


azerbaycan xeberleri yeni xeberler son xeberler kriminal son xeberler bugun xeberler bu qun hava