Azərbaycanda siqaretin qiyməti bahalaşacaq
Azərbaycanda siqaretin qiyməti bahalaşacaq.
KONKRET.az xəbər verir ki, bu barədə Valyuta.az-a iqtisadçı ekspert Xalid Kərimli elektron siqaret, qəlyan və onların əvəzedicilərinin aksiz dərəcəsinin qaldırılmasından danışarkən deyib. Ekspertin sözlərinə görə, elektron siqaret, qəlyanlarda vergi əhəmiyyətli dərəcədə artıb:
"Bir vahid üçün 25 qəpikdən 2 manata qaldırılıb. Bu o deməkdir ki, həmin məhsullar ən azı 1 manat 50 qəpik- 2 manat arasında qalxacaq. Aksiz dolayı vergidir. Bir başa müştəridən tutulan vergidir".
Ekspertin fikirincə, satıcılar topdan satış qiymətini ya yuvarlaşdıracaqlar, ya da qiymət siyasətini nəzərə alacaqlar:
"Yəni, birini çox, digərini az qaldırıb qiyməti tənzimləsinlər. Amma təbi ki, bu qərar qiymətlərə təsir edəcək".
Qeyd edək ki, Milli Məclisdə Vergi Məcəlləsinə edilən dəyişikliklərə görə, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədi üçün aksiz dərəcəsi 0,25 manatdan 2 manata qaldırılır.
Dəyişikliyə əsasən, aksiz dərəcəsi nazik siqaretlərin hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 manatdan 45,5 manata yüksəldilir.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR