Azərbaycanda siqaretin qiyməti yenidən bahalaşacaq? - Natiq Cəfərlidən açıqlama

Azərbaycanda siqaretin qiyməti yenidən bahalaşacaq? - Natiq Cəfərlidən açıqlamaXəbər verdiyimiz kimi, Azərbaycanda siqaretin aksiz dərəcəsi artırılıb. 
Belə ki, artıq 1000 ədəd siqaret üçün aksiz dərəcəsi 46 manatdan 53 manata qaldırıldı.
Bu isə kəskin artım deməkdir. 
Bundan əlavə, spirtli içkilərinin qiymətinin artması da gözlənilir.
Bəs, qiymətlərin anidən dəyişməsi nəyə səbəb olacaq?
Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli azxeber.com-a açıqlama verib.
Ekspert bildirib ki, Azərbaycanda artıq beşinci dəfədir ki, aksiz vergisi tütün və spirtli içki məmulatlarında artırılır:
"Təbii ki, istənilən vergi növündə artım olarsa, bu son məhsulun qiymətinə də təsir göstərir. Artıq bu artım Azərbaycanda ilk dəfə deyil ki, baş verir. Son illər ard-arda beşinci dəfədir ki, aksiz vergisi tütün məhsullarında, spirtli içkilərdə artırılır. Dəyişiklik sosial məsələ olmadığı üçün, vətəndaşlara ciddi təsir etmədiyinə görə, bu addım çox rahatlıqla atılır. Yəni, buna görə hansısa bir etiraza səbəb olmayacağı düşünülür.
İqtisadçı əlavə edib ki, daha kəskin qiymət artımı baş verərsə, bu artıq saxta məhsulların ölkəyə gətirilməsinə şərait yarada bilər:
"Əgər qonşu ölkələrə nisbətən tütün məmulatlarının, spirtli içkilərin qiymətlərində daha kəskin artım olacaqsa, kontrafakt məhsulların, aksiz vergisi olmayan və qaçaqmalçılıq yoluyla ölkəyə gətirilən tütün və spirtli içki məmulatlarının artmasına səbəb ola bilər. Buna da xüsusi diqqət etmək lazımdır".
Mikayıl Mirzəzadə

İqtisadiyyat       Tarix: 25 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla


azerbaycan xeberleri yeni xeberler son xeberler axsam.az xeberler qurban bayrami 2026 xəbər az apa.az xeberler