Azərbaycanda uşaq komandaları məşqləri dayandırdı
Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən klubların hamısının aşağı yaş qruplarındakı komandalarında məşqlər dayandırılıb.
xəbər verir ki, ilk olaraq "Neftçi" və "Zirə" akademiyalarındakı komandaların martın 10-dək olan məşqlərinin ləğv olunduğunu açıqlayıb.
Bildirilib ki, sözügedən addım koronavirus (COVİD - 19) infeksiyasına yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə atılıb.
Bu gün isə "Qarabağ", "Sumqayıt" və "Keşlə" klubları rəsmi saytlarında eyni səbəbdən akademiyalarındakı bütün komandaların məşqləri martın 10-dək ləğv olunduğu diqqətə çatdırılıb.
"Qəbələ" Futbol Akademiyasının direktor müavini Nail Kərimov "Report"a bildirib ki, onlar da digə klublar kimi məşqləri dayandırıblar. Həmçinin "Səbail" və "Sabah" klubunun Mətbuat xidmətindən verilən məlumata əsasən, sözügedən klubların da aşağı yaş qruplarındakı komandaların məşqləri müvəqqəti dayandırılıb.
Qeyd edək ki, daha əvvəl AFFA bütün aşağı yaş qrupları üzrə liqalarda oyunları ləğv edib. /publika.az

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır