Azərbaycanda uşaqlara sosial şəbəkə qadağası qoyulacaq? - Deputat tərəfdarıdır, psixoloq isə…

Azərbaycanda uşaqlara sosial şəbəkə qadağası qoyulacaq? - Deputat tərəfdarıdır, psixoloq isə…Son dövrlərdə uşaqların sosial şəbəkələrdə aktiv olması valideynlər arasında narahatlıq doğurur. Övladlarının internetdə keçirdiyi vaxt artdıqca, onların real həyatdan uzaqlaşması və onlayn təhlükələrlə qarşılaşması barədə narahatlıqlar da artır. 
Uşaqların sosial şəbəkədəki fəaliyyətinə nəzarət etmək indi valideynlər üçün əsas məsələlərdən birinə çevrilib. 
Mütəxəssislərin fikrincə, uzun müddət sosial media istifadəsi uşaq və yeniyetmələrdə diqqət dağınıqlığı, yuxu problemləri və ünsiyyət çətinliklərinə səbəb ola bilər. 
Dünyada bir sıra ölkələr artıq bu məsələyə sərt mövqe ortaya qoyublar. Avstraliya, Malayziya, Fransa və Danimarka kimi ölkələrdə 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdə hesab açması qadağan olunub və ya ciddi şəkildə məhdudlaşdırılır. 
Bu qərarların əsas məqsədi uşaqların onlayn təhlükələrdən qorunması və onların sağlam inkişafına diqqət yetirməkdir. 
Azərbaycanda isə uşaqların sosial media istifadəsi hələ qanunla tənzimlənmir.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi "Uşaq hüquqları haqqında" yeni qanun layihəsi çərçivəsində uşaqların sosial şəbəkələrə sərbəst çıxışına qadağa qoyulması ilə bağlı dinləmənin keçirilməsini təklif edib. 
Komitənin sədri, deputat Hicran Hüseynova iclasda bildirib ki, Azərbaycanda uşaqların sosial şəbəkəyə rahat çıxışı narahatlıq doğurur. Onun sözlərinə görə, bir çox ölkələrdə uşaqların sosial şəbəkələrdən istifadəsi məhdudlaşdırılıb, bəzən hətta hansı filmləri izləyə biləcəkləri də tənzimlənir. Azərbaycanda isə bu sahədə hələ hüquqi tənzimləmə yoxdur.
Hicran Hüseynova əlavə edib ki, məsələnin daha dərindən araşdırılması üçün dinləmə keçirilə və aidiyyəti qurumlar müzakirəyə dəvət oluna bilər. Məqsəd uşaqların onlayn mühitdə təhlükəsizliyini təmin etmək və onların sağlam inkişafını dəstəkləməkdir. 
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı azxeber.com-a açıqlamasında bildirib ki, uşaqların dünyagörüşünün formalaşmasında sosial şəbəkələrin təsir gücü danılmazdır:
Azərbaycanda uşaqlara sosial şəbəkə qadağası qoyulacaq? - Deputat tərəfdarıdır, psixoloq isə…"Bu gün uşaqların dünyagörüşünün, davranış modelinin və düşüncə tərzinin formalaşmasında sosial şəbəkələrin təsir gücü danılmazdır. Uşaqların sosial şəbəkəyə girişinə məhdudiyyətlərin qoyulması ilə bağlı səsləndirilən fikirlər reallığın çox düzgün və vaxtında ifadəsidir. Çünki məsələ artıq  uşağın mənəvi, psixoloji və intellektual təhlükəsizliyindən gedir".
O qeyd edib ki, müasir dövrdə sosial şəbəkələrin təsir potensialı danılmazdır:
"Müasir dövrdə sosial şəbəkələrin təsir potensialı danılmazdır. Onu düzgün istiqamətləndirəndə müsbət, istiqamətləndirə bilməyəndə mənfi nəticələr yaranır. Bu baxımından narahatlıqlar əsaslıdır, tədbirlər şərtdir. 
Sosial şəbəkələr informasiya mənbəyidir, lakin nəzarətsiz qaldıqda uşaqları yanlış dəyərlərə, aqressiv davranışlara və təhsildən uzaqlaşmaya sürükləyə bilər. Bu isə gələcək nəsillərin formalaşması baxımından ciddi risklər yaradır.
Yeni hazırlanan "Uşaq hüquqları haqqında" qanun layihəsində məhz bu kimi çağırışların nəzərə alınması olduqca vacibdir. Uşaqları qoruyan ağıllı mexanizmlərlə müdafiə etməliyik. Valideyn məsuliyyəti, məktəb nəzarəti və dövlət tənzimlənməsi burada bir-birini tamamlayan əsas sütunlardan olmalıdır".
Deputat vurğulayıb ki, uşaq hüquqları yalnız fiziki təhlükəsizliklə məhdudlaşmır:
"Uşaq hüquqları yalnız fiziki təhlükəsizliklə məhdudlaşmır, onların informasiya təhlükəsizliyi, sağlam düşüncə mühiti və təhsilə rahat şəkildə fokuslana biləcəyi bir mühitin təmin olunması da əsas hüquqlardandır. Hesab edirəm ki, bu müzakirələr cəmiyyət olaraq uşaqların gələcəyinə necə yanaşdığımızın göstəricisidir. Məsuliyyət hər bir valideynin və bütövlükdə cəmiyyətin üzərinə düşən mənəvi borcdur".
Psixoloq Nabat Mirzəyeva isə azxeber.com-a açıqlamasında bildirib ki, uşaqların tərbiyəsində hazırda ən güclü təsir sosial şəbəkələrdir:
Azərbaycanda uşaqlara sosial şəbəkə qadağası qoyulacaq? - Deputat tərəfdarıdır, psixoloq isə…"Uşaqların tərbiyəsində hazırda ən güclü təsir sosial şəbəkələrdir. Bu onların təhsilinə də təsir göstərir. 
Sosial şəbəkələr, telefon və oyunlar uşaqların tərbiyəsinə böyük təsir edir. Məhdudiyyətlər yalnız qadağa qoymaqla nəticə vermir. Əksinə, uşaqlar qadağaya qarşı daha çox maraq göstərir və qadağa qoyulan məlumatlara diqqəti artır. Ona görə də övladlarımıza qadağa qoymaqdan daha çox, onun yan təsirlərini izah etməli və necə istifadə etməli olduqlarını anlatmalıyıq. 
Əgər övladımıza qadağanın səbəbini izah etməsək və fikrimizi onlara çatdırmasaq, onların daxil dünyasında qəzəb və narazılıq yarana bilər. Amma onlara hər şeyi normal başa salsaq, uşaqlar istifadə etdikləri sosial şəbəkələrin nəyə xidmət etdiyini anlayacaq və onlardan düzgün istifadə etməyi öyrənəcəklər".
Psixoloq əlavə edib ki, hazırda uşaqlar sosial şəbəkələr mühitində böyüyürlər:
"Hazırda uşaqlar sosial şəbəkələr mühitində böyüyürlər və valideynlər bu sürətə yetişə bilmir. Buna görə də, qadağalar qoyulursa, onlar mütləq maarifləndirmə ilə paralel olmalıdır. Valideynlər övladlarına qadağa qoymaqla onların marağını artırmaq əvəzinə, nəzarət və izahla yanaşmalıdır. Yaşa uyğun məhdudiyyətlər qoyaraq, ailədə birgə vaxt keçirməyi və psixoloji balansı qorumağı prioritet etməliyik.
Dövlət səviyyəsində də uşaqların yaşına uyğun məhdudiyyətlərin tətbiqi və zərərli kontentə qarşı mexanizmlərin gücləndirilməsi tamamilə doğru yanaşmadır".
Şahanə Ziyad
Yazı Medianın İnkişafı Agentliyinin "uşaq və gənclərin fiziki və mənəvi inkişafı" mövzusunda dərc edilib.
Azərbaycanda uşaqlara sosial şəbəkə qadağası qoyulacaq? - Deputat tərəfdarıdır, psixoloq isə…

Sosial       Tarix: 29 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib

Balakən Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat və gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda dərman vasitələrinin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb. Bu barəd

Gümüş bahalaşdı, qızıl ucuzlaşdı

Nyu-York birjasında gümüşün qiyməti artıb. xəbər verir ki, COMEX əmtəə birjasında gümüşün unsiya üzrə fyuçersləri isə 0.11% bahalaşaraq 61.11 ABŞ dolları təşkil edib. COMEX-də qızıl fyuçerslərinin dəyəri 0.14% azalaraq 4.21

Muxtar Babayev: Türkiyənin COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini dəstəkləyirik

Ficidə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 31-ci sessiyasına (COP31) hazırlıq məqsədilə keçirilən yüksək səviyyəli toplantı (PreCOP31) çərçivəsində baş tutan müzakirələrdə Azərbaycan tərəfi Türkiyənin liderliyin

Pensiya kapitallarında niyə dəyişiklik edilib?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb. DSMF-dən -a verilən məlumata görə, pensiy

Diqqət! Banklar bu şəxslərə kredit verməyəcək

Azərbaycanda banklar və bank olmayan kredit təşkilatları (BOKT) tərəfindən fiziki şəxslərə kreditlərin verilməsi "Banklar haqqında" Azərbaycan Respublikasının Qanunu, Mərkəzi Bankın normativ xarakterli aktları v

Azərbaycanlı gənc Polşada vəfat etdi

Marneuli bələdiyyəsinin Candar kənd sakini, 25 yaşlı Azər Mehtiyev Polşada vəfat edib. saytına istinadən xəbər verir ki, Azər Mehtiyev evdə olduğu zaman qəfil ürəyi dayanıb və həyatını itirib. Məlumata əsasən, mərhum işləmə

Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə

Təmir işləri ilə əlaqədar Binəqədi şossesinin Mehdiabad yolu ilə Zəngəzur küçəsinin kəsişməsinədək olan hissəsində 17 oktyabr saat 06:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkətinə qısa müddətli məhdudiyyət tətbiq olunacaq

"Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər" – Fazil Mustafa

Azərbaycanda həm nikahların, həm də boşanmaların sayında azalma qeydə alınıb. Mövzu ilə bağlı -a danışan deputat Fazil Mustafa bildirib ki, nikah və boşanmaların sayındakı dəyişikliklər bir sıra sosial amillərlə əlaqəlidir

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb. xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət:. 1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar"


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən şad xəbər ən son xəbərlər bugün sonxabar en sonxeber