Şərəf' ordeni ilə təltif edilən Valeh Ələsgərov kimdir?

Şərəf' ordeni ilə təltif edilən Valeh Ələsgərov kimdir?Prezident İlham Əliyevin sərəncamı ilə Valeh Feyruz oğlu Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib.
azxeber.com Oxu.Az-a istinadla Valeh Ələsgərovun dosyesini təqdim edir:
Valeh Feyruz oğlu Ələsgərov 1946-cı il oktyabrın 19-da Samux rayonunun Qarayeri qəsəbəsində anadan olub.
O, Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib, əməkdar mühəndisdir.
1970-ci ildən "Permneft" birliyinin "Kunqurneft" NQÇİ-də böyük mühəndis, növbə rəisi, sex rəisi və baş mühəndis vəzifələrində çalışan Valeh Ələsgərov 1982-ci ildə fəaliyyətini "Permneft" Elmi Tədqiqat və Layihə İnstitutunda bölmə müdiri kimi davam etdirib. 1985-1987-ci illərdə isə "Muradxanlı" NQÇİ-də baş mühəndis və idarə rəisinin müavini olub.
O, eyni zamanda, 1987-ci ildən etibarən "Azərneft" Birliyində baş mühəndis və baş direktorun müavini, 1992-ci ildən "Azərneft" Dövlət Konserninin vitse-prezidenti, ARDNŞ-nin birinci vitse-prezidenti və şirkət prezidentinin müşaviri vəzifələrində çalışıb. 1995-ci ildən isə Azərbaycan Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin rəisi vəzifəsində işləyib.
Valeh Ələsgərov daha sonra fəaliyyətinə deputat kimi davam edib. 2005-ci il noyabrın 5-də 102 saylı Samux-Şəmkir seçki dairəsindən deputat seçilib.
V.Ələsgərov 2019-cu il noyabrın 25-də Ələt Azad İqtisadi Zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin edilib. 2020-ci ilin mayından etibarən Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədridir.
2021-ci ildə isə birinci dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görülüb.
Ailəlidir 4 övladı var.

Sosial       Tarix: 17 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Bu maşınlar kəskin bahalaşdı - FOTO

Azərbaycanın ikinci əl avtomobil bazarında, xüsusilə də taksi və gündəlik istifadə üçün ən çox tələb olunan hibrid avtomobillərdən olan "Toyota Prius" modellərinin qiymətlərində kəskin artım müşahidə olunur. Yen

"20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik" – Sosioloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda həm nikahların, həm də boşanmaların sayında azalma qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-avqust aylarında ölkədə 26 485 nikah və 13 278 boşanm

Azərbaycanlı gənc Polşada vəfat etdi

Marneuli bələdiyyəsinin Candar kənd sakini, 25 yaşlı Azər Mehtiyev Polşada vəfat edib. saytına istinadən xəbər verir ki, Azər Mehtiyev evdə olduğu zaman qəfil ürəyi dayanıb və həyatını itirib. Məlumata əsasən, mərhum işləmə

Reper Navainin anası danışdı: 'Oğlumu şərləyiblər

Qazaxıstanda saxlanılan reper Navainin anası Aynur Bəkirova oğlunun tezliklə azadlığa buraxıla biləcəyini bildirib. xəbər verir ki, Bəkirovanın sözlərinə görə, musiqiçinin nümayəndələri ona vəziyyətin həll olunduğunu və cidd

Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib

Balakən Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat və gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda dərman vasitələrinin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb. Bu barəd

Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü

Azərbaycan Dövlət Pedaqoji Kollecində dava olub. Hadisə kollecin həyətində baş verib. Təhsil müəssisəsinin tələbəsi Mirkamil Mirislamov (soyad şərtidir - red.) qrup yoldaşı Elvinlə zarafat edib. Zarafat Elvinin xoşuna gəlməyi

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Goranboyda 17 yaşlı yeniyetməni maşın vurub. Hadisə rayon ərazisində baş verib. Belə ki, 2009-cu il təvəllüdlü E. Mehtiyevi "VAZ 2107" markalı maşın vurub. Yeniyetmə yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib

Qoyulan stend boğazımı çürütdü' - Kömək istədi

Yasamalda baş verən yanğın zamanı həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamovanın yenidən əməliyyat olunmasına ehtiyac var. xəbər verir ki, bu barədə sosial mediada paylaşım edən Ləma

Vo Thi An Suan ADNSU-da - FOTOLAR

Ölkəmizdə səfərdə olan Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti xanım Vo Thi An Suan oktyabrın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) səfərdə olub. Vitse-prezidenti səfər zamanı Preziden


yeni xeberler azerbaycan xeberleri son xeberler sou biznes bu gune olan xeberler en son xeberleri cebheden xeber