Azərbaycanda yaxın günlərdə bu şəxslərin peyvəndlənməsinə başlanılacaq
Azərbaycanda orta və böyük yaşlı əhalinin peyvəndlənməsi prosesinə yaxın günlərdə başlanılması nəzərdə tutulub.
Bunu "Report"a açıqlamasında TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib.
Onun sözlərinə görə, peyvəndin 1-ci və 2-ci dozası arasında müddət 4 həftə olmalıdır.
N.Mustafayeva bildirib ki, bir dəfə peyvənd sxemini tamamlamış və ya qızılca xəstəliyinə yoluxub sağalmış şəxsin peyvənd olunmasına ehtiyac yoxdur.
TƏBİB rəsmisi vurğulayıb ki, əgər daha əvvəl hər hansı bir peyvəndə qarşı anafilaktik şok reaksiyası müşahidə edilibsə, həmin şəxslərə peyvənd vurulması əks-göstəriş hesab olunur: "Eyni zamanda hamiləlikdə və immunosupresiv şəxslərə peyvənd vurulması tövsiyə olunmur".
N.Mustafayeva bildirib ki, qızılcanın uşaqlarda ağır keçməsinin qarşısını almaq üçün peyvənd təqviminə uyğun olaraq onların öncədən peyvəndlənməsini təmin etmək lazımdır.
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR