Azərbaycanda yeni fond yaradıldı - Fərman
Prezident İlham Əliyev Enerji effektivliyi fondunun yaradılması və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb.
azxeber.com xəbər verir ki, Fərmanda deyilir:
"1. Enerji effektivliyi fondu (bundan sonra – Fond) yaradılsın.
2. "Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və istifadə Qaydası" təsdiq edilsin (əlavə olunur).
3. Müəyyən edilsin ki:
3.1. Fond enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə yaradılır və onun vəsaitinin sərəncamçısı Enerji Məsələlərini Tənzimləmə Agentliyi qismində Azərbaycan Respublikasının Energetika Nazirliyidir;
3.2. Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti Azərbaycan Respublikasının Energetika Nazirliyi həyata keçirir.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən Qaydanın 2.2-ci bəndinə uyğun olaraq, qiymətlərinə dövlət tənzimlənməsi tətbiq olunmayan enerji resurslarının satışından Fonda köçürüləcək vəsaitin formalaşdırılması barədə təkliflərini altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsünlər".

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA
Sahibə Qafarova Qazaxıstana səfər edib
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi
İlham Əliyevdən həmkarına təbrik
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"