Azərbaycanda zəlzələ oldu
Yardımlı stansiyasından 11 km cənub-şərqdə, Lerik rayonunda zəlzələ baş verib.
azxeber.com xəbər verir ki, bu barədə Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Qeyd olunub ki, zəlzələ episentrdə 4, Lerik, Yardımlı və digər rayonlarda 3-4 bala qədər hiss olunub.
Xatırladaq ki, ötən gün də Lerik və Yardımlıda zəlzələ qeydə alınıb.
Turlar.az [newsid: 0-123300]