Azərbaycandan Gürcüstana 29,9 milyon dollar KÖÇÜRÜLDÜ

Azərbaycandan Gürcüstana 29,9 milyon dollar KÖÇÜRÜLDÜBu ilin yanvar-avqust ayları ərzində Azərbaycandan Gürcüstana 29,9 mln. ABŞ dolları həcmində pul köçürmələri həyata keçirilib ki, bu da illik ifadədə 2,2 dəfə çoxdur.
Publika.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının hesabatında məlumat verilib.
Qeyd olunub ki, ötən ilin ilk 8 ayında Azərbaycandan Gürcüstana pul köçürmələri 13,9 mln. dollar olub.
Hesabat dövründə Gürcüstandan Azərbaycana köçürmələr isə 10,1 mln. dollar təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 13,4% çoxdur. Belə ki, ötən ilin yanvar-avqust ayları ərzində Gürcüstandan Azərbaycana 8,9 mln. dollar dəyərində pul köçürülüb.
Təkcə cari ilin avqust ayında isə Azərbaycandan Gürcüstana 7 mln. dollar məbləğində pulköçürmə həyata keçirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 dəfə çoxdur və hesabat dövründə Gürcüstana edilən ümumi pul köçürmələrinin 3,78%-nə bərabər olub.
Avqust ayında Gürcüstandan Azərbaycana pulköçürmələr 1,4 mln. dollar təşkil edib. Cari ilin avqust ayında Gürcüstana edilən pul köçürmələrinin ümumi həcmi 184,2 mln. dollar təşkil edib ki, bu da illik ifadədə 25,8% və ya 37,8 mln. dollar çoxdur.

Dünya       Tarix: 15 sentyabr 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

2021-ci ilin ən DƏHŞƏTLİ MÜHARİBƏLƏRİ: yüz minlərlə ölü... - SİYAHI

2021-ci ildə baş verən müharibələr yüz minlərlə insanın ölümünə səbəb olub. ABŞ-ın savaş qurbanlarının sayına görə "Müharibə Statistikaları Analitik Mərkəzi"nin sıraladığı və yayımladığı siyahını təqdim edir:. Birinc

Səudiyyə Ərəbistanı yeni ili qarla qarşıladı

Səudiyyə Ərəbistanının Tabuk regionunun sakinləri Yeni ilin ilk gününü xoş sürprizlə qarşılayıblar. rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, Cəbəl Əl-Ləvz bölgəsinə yağan qar krallığın vətəndaşlarını bu bölgəyə cəl

Böyük Britaniyada rekord sayda yoluxma qeydə alındı

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 218 724 yoluxma halı qeydə alınıb. "Sinxua"ya istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər. Məlumata əsasən, ölkədə koronavirus

Dünyada 45 jurnalist iş başında öldürülüb - 2021-Cİ İLDƏ

2021-ci ildə dünyanın 20 ölkəsində 45 jurnalist və media işçisi peşə borcunu yerinə yetirərkən baş vermiş insidentlər nəticəsində qətlə yetirilib. -ın məlumatına görə, Beynəlxalq Jurnalistlər Federasiyasının (IJF) paylaşdığ

Ermənistan Azərbaycana görə Zəngəzurun mərkəzini dəyişir

Ermənistan hökuməti Zəngəzur (erməni dilində Sünik) bölgəsinin mərkəzini Qafan şəhərindən Sisian (Qarakilsə) şəhərinə köçürmək istəyir. xəbər verir ki, Ermənistan mediası hazırda bununla bağlı müzakirələrin getdiyini yazır

Tacikistanda 4,2 bal gücündə zəlzələ oldu

Tacikistanda 4,2 bal gücündə zəlzələ baş verib. -ıın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri əhalisi təxminən 11 min nəfər olan Murqob şəhərindən 69 kilomet

Bazar qiyməti 3 trilyon dolları keçən ilk şirkət açıqlandı

"Apple" şirkətinin səhmləri təxminən 3 %-ə yaxın artıb, şirkətin kapitallaşması ilk dəfə olaraq 3 trilyon ABŞ dollarını ötüb. Bu, tarixdə ilk dəfə olaraq şirkətin bazar qiymətinin bu həddi aşmasıdır. xarici KİV-

Tokayev hökuməti istefaya göndərdi - YENİLƏNDİ

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib. xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı sərəncamda deyilir. Nazirlər Kabinetinin üzvləri hökumətin yeni tərkibi təsdi

Rusiya qırıcıları İdlibi bombaladı

10 ildən artıqdır ki, zorakılıq və xaosun davam etdiyi Suriya yeni ildə qarşıdurmalara və hücumlara səhnə olur. "Reuters" Rusiya qırıcılarının ötən gecə İdlibi bombaladığı barədə xəbər yayıb. xəbər verir ki, "Reuters"


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberlər xəbərlər valyuta mezennesi banklar xeber.az