Azərbaycanın "Avroviziya 2023" üçün namizədi artıq seçilib? - AÇIQLAMA

Azərbaycanın Azərbaycanın "Avroviziya 2023" üçün namizədi artıq seçilib? - AÇIQLAMA
İctimai Televiziya (İTV) "Avroviziya 2023" mahnı müsabiqəsi ilə bağlı yayılan şayiələrə münasibət bildirib.
Televiziyadan APA-nın sorğusuna cavab olaraq nümayəndə heyətinin mətbuat katibi İlahə Dadaşova bildirib ki, yayılan söhbətlər finala vəsiqə qazanmış iştitakçılara qarşı hörmətsizlikdir: "Əvvəla qeyd etmək istərdim ki, bu iddialara cavab verməyimizin əsas məqsədi final mərhələsinə seçilən ifaçılara qarşı hörmətsizliyə biganə qalmamaqdır. Seçilmiş 5 iştirakçı təqdim etdiyi musiqi və ifası sayəsində bu mərhələyə çatıb.
Tam yanlış olaraq artıq qalibin seçildiyi iddia edilsə də, bildiririk ki, final mərhələsi məhz bu günlərdə keçirilir və bu prosesin gedişatı barədə məlumatların tezliklə ictimaiyyətə açıqlanması nəzərdə tutulur.
Seçim prosesinə mənfi təsir etməyəcək bütün məlumatları yaxın günlərdə paylaşacaq, finalçıların adlarını açıqlayacağıq. Bir az səbirli olmağınızı xahiş edirəm".
"Avroviziya 2023" Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri Eldar Qasımov isə builki Avroviziya təmsilçimizin hələ bəlli olmadığını qeyd edib: "Bu qərar verilməzdən əvvəl yerli və beynəlxalq musiqi aləmindən təcrübəli insanların rəyləri öyrəniləcək. Sağlam rəqabəti təmin etmək üçün bütün finalçıların mahnılarını bir neçə gün əvvəl eyni studiyada, eyni şəraitdə yazdırmışıq".
Nümayəndə heyətinin rəhbəri Vasif Məmmədovun sözlərinə görə, komanda üzvlərinin müsabiqəyə müraciət etmiş ifaçı və bəstəkarlarla tanışlığının seçim prosesinə heç bir təsiri yoxdur:
"Eldar Qasımov və Ömər Əbdülkərimov illərdir musiqi sahəsində çalışırlar və onların bu sahədə həm dostları, həm yaxın həmkarları var. Bu, təbii bir haldır. Amma qeyd etməliyəm ki, Avroviziya heyətinin üzvlərindən heç biri müsabiqədə iştirak edən hər hansı ifaçının meneceri deyil və olmayıb. Böhtan xarakterli məlumatları yayanlara isə vaxtlarını və enerjilərini yaradıcılığa yönəldib, şöhrət qazanmağı arzu edirəm".
Qeyd edək ki, bu günlərdə Azərbaycanı "Avroviziya"da təmsil etmək üçün müraciət edən namizədlərdən biri Rauf Kingsley seçim turlarından narazı olması barədə açıqlama verib.
O, Azərbaycan deleqasiya nümayəndələrini göndərilən heç bir sənətçinin mahnılarını dəyərləndirilməməkdə ittiham edib.
İfaçının sözlərinə görə, artıq "Mamagama" adlı qrup qalib olaraq seçilib. Rauf Kingsley seçimin yenidən aparılmasını tələb edib:
"Shortlist"in yenidən yaradılmasını şəffəf və açıq şəkildə ən layiqli sənətçinin və mahnının, ədalətli seçilməyini tələb edirəm". / oxu.az

Şou Biznes       Tarix: 01 fevral 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

25 il sonra yenidən "Mumiya"da - Foto

Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O"Konnell" obrazına qayıdıb. Bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişlər

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

Survivor 2027'nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçıla

Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı

Lvbel C5 səhnə adı ilə tanınan türkiyəli reper Süleyman Burak Bodur saxlanılıb. Bu haqda "Sözcü" məlumat yayıb. Onun saxlanılmasına səbəb azərbaycanlı reper Asya Əlizadə ilə birgə ifa etdiyi "K" mahnıs

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri


azerbaycan xeberleri son xeberler yeni xeberler siyaseti xeberler bugun maşın realiti şou hava haqqinda xabar az