Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı

Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldıLvbel C5 səhnə adı ilə tanınan türkiyəli reper Süleyman Burak Bodur saxlanılıb.
Bu haqda "Sözcü" məlumat yayıb. Onun saxlanılmasına səbəb azərbaycanlı reper Asya Əlizadə ilə birgə ifa etdiyi "K…." mahnısı olub. 
İstanbul Anadolu Cümhuriyyət Baş Prokurorluğunun apardığı təhqiqat çərçivəsində reper prokurorluqda ifadə verib. Daha sonra o, "cinayət törətməyə açıq şəkildə təhrik" ittihamı ilə həbs olunması tələbi ilə məhkəməyə göndərilib.
Burak ifadəsində ittihamları qəbul etməyib. O, mahnı sözlərini təxəyyülünə əsasən yazdığını bildirib:
"Xəyal quraraq mahnı sözləri yazıram. Xüsusi bir qəsdim yoxdur. Şiddət ehtiva edən bir vəziyyət yoxdur, tamamilə gənclər üçün xəyali sözlərdir".
Reper mahnını artıq rəqəmsal platformalardan sildiyini də qeyd edib.
Məhkəmə prokurorluğun həbs tələbini rədd edərək, Lvbel C5 barəsində məhkəmə nəzarəti tədbirlərinin tətbiqinə qərar verib. Qərara əsasən, onun ölkədən çıxışına qadağa qoyulub və həftədə iki gün polis idarəsində imza verməsi tələb edilib.
Bundan əlavə, məhkəmə reperin türk ədəbiyyatı üzrə təhsilini davam etdirməsini də öhdəlik kimi müəyyənləşdirib.
///axşam.az/// / azxeber.com

Şou Biznes       Tarix: 12 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Bu dəfə serial ulduzu olacaq

Dünyaca məşhur model və iş xanımı Kayli Cenner "Bachelorette Weekend" serialında baş rolu canlandıracaq. Model həmçinin layihənin icraçı prodüseri olacaq. Cenner bu ekran işi ilə aktyorluqda ilk böyük roluna imz

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. Hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasını

Sezen Aksu sevənlərə pis xəbər

Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Ifaçı İstanbulun Nişantaşı səmtindəki özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətind

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

Çağatay bu dəfə 'Eşref Tek'lə qayıdır?

"Eşref Rüya" serialının finalından sonra pərəstişkarları təəccübləndirən xəbər yayılıb. "Eşref Tek" adlı layihənin Prime Videoda yayımlanacağı anons edilib. . Onun "Eşref Rüya"nın birbaşa davamı

Evini 3,2 milyona satır - Fotolar

Amerikalı aktyor Ceyk Conson Los-Ancelesdəki evini satışa çıxarıb. "Yeni qız" ("New Girl") serialındakı Nik Miller obrazı ilə tanınan 48 yaşlı aktyorun müasir üslubda dizayn edilmiş evi 3 milyon 295 mi

Süni tənəffüs aparatına qoşuldu

Uzun müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan 67 yaşlı türkiyəli musiqiçi Soner Olgun yenidən xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırlaşan sənətçi süni tənəffüs aparatına qoşulub. Qeyd edək ki, Olgun ötən a

Bahalı saatı gündəm oldu

Türkiyəli məşhur aktyor Çağlar Ertuğrulun taxdığı saat gündəm olub. Həmin görüntülər sosial şəbəkələrdə paylaşılıb. Lüks saat həvəskarlarının da marağına səbəb olan bu modelin yüksək qiyməti fotodakı diqqətçəkən məqamlarda

Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı

Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib. Bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin. İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-c


son xeberler azerbaycan xeberleri yeni xeberler dunya xeberleri ən son xəbərlər bugün cəbhədən son xeber sou xeberler bugun