Azərbaycanın erməniləri "blokadaya" aldığı barədə iddialar əsassızdır - Nazir

Azərbaycanın erməniləri Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani arasında telefon danışığı baş tutub.
Bu barədə KONKRET.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Telefon danışığı zamanı Şimali Makedoniyanın 2023-cü ildə ATƏT-də sədrliyi Azərbaycan-ATƏT münasibətləri, Azərbaycan və Şimali Makedoniya arasında ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən bölgədə mövcud vəziyyət müzakirə olunub.
C.Bayramov bölgədəki cari vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşma prosesi istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, Ermənistanın sülh müqaviləsi üzrə danışıqlar prosesinə yaratdığı maneələr barədə qarşı tərəfi məlumatlandırıb.
Nazir, Ermənistanın Üçtərəfli Bəyanat çərçivəsində öhdəliklərini kobud şəkildə pozaraq yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan Azərbaycanın qeyri-qanuni istismar olunmuş mineral resurslarının Ermənistana daşınması, o cümlədən Ermənistandan Azərbaycana 2021-ci il istehsalı minaların gətirilməsi ilə mina təhdidini davam etdirməsi, Azərbaycan ərazisindən hələ də çıxarılmamış erməni silahlı qüvvələrinin təminatı, üçüncü ölkə vətəndaşlarının qanunsuz keçidi məqsədilə sui-istifadə olunduğunu, bütün bu faktların Azərbaycan tərəfinin haqlı etirazına səbəb olduğunu bildirib.
Etirazlara gətirən səbəblər, eləcə də Azərbaycan tərəfinin monitorinq aparmaq məqsədilə danışıqlar cəhdi barədə məlumat verilərək, ölkəmizin vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın yolunda etiraz aksiyasının Azərbaycan ərazilərində 30 ilə yaxın işğal dövründə aparılmış və son dövrlərdə daha intensivləşmiş təbii sərvətlərin talanmasının qarşısının alınmasına yönəldiyi diqqətə çatdırılıb.
Laçın yolundan vətəndaşların, Beynəlxalq Qızıl Xaç Komitəsinin, təcili tibbi yardım maşınlarının, sülhməramlı kontingentin avtomobillərinin və digər nəqliyyat vasitələrinin maneəsiz keçidini nümayiş etdirən videogörüntülərin guya Azərbaycanın erməni sakinlərini "blokadaya" aldığı, bölgədə "gərgin humanitar vəziyyət" yaşanması barədə iddiaların əsassızlığını sübut etdiyi vurğulanıb.
B.Osmani, ATƏT çərçivəsində işlər və planlar barədə sədrliyin fikirləri ilə bölüşüb, bununla yanaşı, bölgədə sülh və təhlükəsizliyin bərqərar olunması istiqamətində addımlar atılmasının və dialoqun vacib olduğunu diqqətə çatdırıb.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Siyasi       Tarix: 11 yanvar 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Ərdoğandan yeni bəyanat – İlham Əliyevlə görüşün mühüm detalları üzə çıxdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada keçirdiyi görüşdən və iki ölkə arasındakı münasibətlərdən danışıb. KONKRET.azxəbər verir ki, Ərdoğanın noyabrın 8-də Azərbaycana səfərində

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian

Biz İran xalqına xidmət etməyə borcluyuq. Ali dini rəhbərimiz (Müctəba Xamenei – red) ABŞ-la "nə müharibə, nə də sülh" vəziyyətinə son qoyulması ilə bağlı göstəriş verib. xəbər verir ki, bunu İran Prezidenti Məsu

"Azərbaycan öz zəfərini həm də quruculuq sahəsində davam etdirir

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidə, Zəfər tağının önündən xalqa müraciəti Azərbaycanın bugünkü gücünü və gələcək hədəflərini ifadə edən mühüm siyasi mesajlarla yadda qaldı. Dövlət başçısının müraciətind

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir


azerbaycan xeberleri yeni xeberler son xeberler axsam az xeberler xankendi xeber.az son xəbər